bp “Şəfəq” layihəsinin icraçısı kimi elan edir

post-img

bp “Şəfəq” layihəsinin icraçısı kimi elan edir ki, layihə üzrə iş proqramı çərçivəsində 

“Şəfəq” layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymət­ləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin variantını müzakirə etmək üçün ic­timaiyyətlə görüş keçiriləcək.

bp bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir. Görüş aşağıdakı ünvanda və tarixdə keçiriləcək:

“JW MARRIOTT ABSHERON BAKU” mehmanxanası 

(Azadlıq meydanı 674, Bakı, Azərbaycan, AZ1010), 

“Hövsan” zalı,

6 mart 2024-cü il 

10:00 - 12:00

Görüşdə sənəd haqqında təqdimatlar olacaq və auditoriyanın sualları və şərhləri ətrafında müzakirə keçiriləcək.

19 fevral 2024-cü il tarixindən etibarən ƏMSSTQ sənədinin layihə vari­antının nüsxələri (və rəy formaları) ictimaiyyətin tanış olması üçün müxtə­lif ünvanlarda yerləşdirilib.

Bundan əlavə, sənədin tam versiyası və qısa xülasəsi (Azərbaycan və ingilis dillərində) bp-nin vebsaytında da yerləşdirilib: 

https://www.bp.com/az_az/azerbaijan/home/news/hesabatlar/Et­raf-muhit-ve-sosial-tesirlerin-qiymetlendirilmesi-hesabatlari/sefeq-gu­nes-elektrik-stansiyasi-layihesi.html

bp bütün maraqlananları ƏMSSTQ sənədinin layihə variantı ilə bağ­lı şərh və rəylər təqdim etməyə dəvət edir. Şərhlər görüş ərzində, www.bp.com/az_az/azerbaijan/home vebsaytına daxil olmaqla və ya esiafeed­[email protected] elektron ünvanına məktub göndərməklə təqdim edilə bilər. 

Əlavə məlumat üçün bp-nin hökumətlə əlaqələr üzrə müşaviri Qivami Rəhimli ilə əlaqə saxlaya bilərsiniz: 

E-poçt: [email protected] 

Tel.: (012) 525 6000 və ya (055) 212 68 52

Reklam və elan