Azərbaycanda erməni xəyanətləri

post-img

“Böyük Ermənistan” xülyasından qaynaqlanan cinayətlər

Martın 4-də Milli Onkologiya Mərkəzinin həkimi, tibb üzrə fəlsəfə doktoru Elçin Mansurovun “Kim üzr istəməlidir?” adlı kitabının təqdimat mərasimi keçirilib.

Milli Onkologiya Mərkəzində keçirilən tədbirdə Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən, yazıçı-publisist Səyyad Salahlı, Xalq artisti Xuraman Qasımova, deputat Aqil Abbas və digərləri çıxış edərək Elçin Mansurovun yaradıcılıq fəaliyyətindən danışıblar. 

Qeyd edək ki, kitabda tarixi faktlar əsasında Çar Rusiyasının ermənipərəst siyasəti və bilavasitə köməyi ilə ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsi, erməni-bolşevik tandeminin tarixi ərazilərimizdə Ermənistan dövlətini necə yaratmaları və erməni şovinistlərinin “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün azərbaycanlılara qarşı həyata keçirdikləri amansız qətliamlar, soyqırımları haqqında məlumat verilib. Həmçinin, kitabda 30 illik erməni işğalına son qoyan rəşadətli Azərbaycan Ordusu və Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin misli görülməyən hərbi, siyasi, iqtisadi fəaliyyətləri haqqında geniş məlumat dərc olunub. 

Kitabın nəşr olunmasına dəstək göstərən hər kəsə, xüsusilə də Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevə xüsusi minnətdarlığını bildirən Elçin Mansurov fikirlərinə belə yekun vurub: “Kitabımda minə yaxın fakt göstərmişəm və kimin haqlı olduğunu mənbələr və reallıqlarla əks etdirməyə çalışmışam. Ümid edirəm ki, həmin faktlar həqiqəti öyrənmək istəyənlər üçün bir xəritə, bir mənbə rolunu oynayacaq".


XQ



Elm