Azərbaycan Turizm və Menecment Universiteti aşağıda qeyd olunan vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir

post-img

Kafedra müdiri:

“Turizm biznesi” kafedrası

 Sənədlər elan qəzetdə dərc olunan gündən bir ay ərzində təqdim edilməlidir. 

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

1. Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun adına ərizə.

2. Kadrlar uçotunun şəxsi vərəqəsi.

3. Tərcümeyi-hal.

4. Kafedranın profilinə uyğun olaraq ali təhsil, alimlik dərəcə və elmi ad haqqında sənədlərin təsdiqlənmiş surətləri.

5. Elmi və elmi-metodiki işlərin siyahısı.

6. Kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

7.  4x6 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.

8. Şəxsiyyət vəsiqəsinin və dövlət sosial sığorta şəhadətnaməsinin surəti. 

Sənədləri  bir ay ərzində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-17.00-dək Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə təqdim etmək lazımdır. Ünvan– AZ1072. Bakı şəhəri, K.Rəhimov  küçəsi, 822/23-cü məhəllə, 103 nömrəli otaq.

Yaranan suallarla bağlı Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə müraciət etmək olar. Tel: 564-42-33 (dax. 115)

Məlumat  ATMU-nun  web səhifəsində də ( www.atmu.edu.az) yerləşdirilmişdir.  

Qeyd: kafedra müdiri vəzifəsinə namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.

Rektorluq

 

Reklam və elan