“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC AÇIQ TENDER ELAN EDİR

post-img

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 

Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən Nəsib bəy Yusifbəyli küçəsi istiqamətində istirahət parkında tikinti-quraşdırma işlərinin həyata keçirilməsinin satın alınması üçün 

AÇIQ TENDER ELAN EDİR 

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlə­nib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesa­ba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-dən (əlaqələndirici şəxs: Əhməd Məmmədovdan 496-52-05) ala bilərlər: E-mail ahmed. [email protected] ala bilərlər. İşlərin qısa təsviri: Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən Nəsib bəy Yusifbəyli küçəsi istiqamətində istirahət par­kında tikinti-quraşdırma işlərinin həyata keçirilməsinin satın alınması. Tenderdə iştirak haqqı- 10000,00 (on min manat) manatdır. 

İştirak haqqı heç bir halda geri qaytarılmır. 

H/h- AZ22IBAZ38030019446253269215 

VÖEN-1702563281 

Kod- 805625 

VÖEN- 9900001881 

M/h- AZ03NABZ01350100000000002944 

SWİFT-IBAZAZ2X 

İştirakçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim et­məlidirlər: 

- tenderdə iştirak etmək üçün ərizə; 

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzin­də (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyici­sinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə sənəd (elan verildikdən sonrakı tarixə); 

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması (malgön­dərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin ol­ması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri); 

- malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzala­yacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar; - sahibkarlıq subyektinin bölgüsü; 

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış; 

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommer­siya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış; 

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzin­də özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul ol­masının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış; 

- mühasibat balansları, mənfəət və zərər haqqında hesabat; 

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması, oxşar işləri əhatə edən ən azı 3 mln manat həcmində sifarişi baş podratçı kimi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat (müqavilə); 

- iddiaçı analoji işlərdə təcrübəsinin olması barədə sənədlər təq­dim etməlidir; - iddiaçının avadanlığı və texnikası barədə məlumatlar; 

- iddiaçının son 3 ildə 5 milyon manat dövriyyəsi olması şərtdir; 

- iddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçiril­məsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq li­senziyaya və ya icazəyə malik olması; 

- iddiaçının avadanlığı və texnikası barədə məlumatlar. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Res­publikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir. 

İştirakçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 noyabr 2023-cü il saat 11.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 noyabr 2023-cü il saat 17.00-a qədər Bakı şəhəri, Xətai ra­yonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən “Bakı Şəhər Əsaslı Ti­kinti və Təmir” MMC-yə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçı­larının təklifləri Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsin­də yerləşən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-də 29 noyabr 2023-cü il saat 11.00-da açılacaqdır. 

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışın­da iştirak edə bilərlər. 

Tender komissiyası

Reklam və elan