“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Ceyranbatan – Maştağa - Nardaran magistral su kəmərinin bir hissəsinin və bir ədəd su anbarının tikintisi işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

post-img

Tender iştirakçılarına təklif olunur ki, öz tender tək­liflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara ma­lik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğ­də iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yer­ləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin satınalma­ların təşkili və müqavilələrin idarə olunması şöbəsindən (əlaqələndirici şəxs: Abışev Murad Çingiz oğlundan, tele­fon: + 99 412 431 47 67/87 – daxili 1087 E-mail: [email protected] və Musayev Məmmədyar Ağa oğ­lundan, telefon: + 99 412 431 47 67 – daxili 2288, E-mail: [email protected]) ala bilərlər.

İşlərin qısa təsviri: magistral su kəmərinin bir hissə­sinin və bir ədəd su anbarının tikintisi və digər əlaqədar işlər.

Tenderdə iştirak haqqı: 500,00 (beş yüz) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

VÖEN - 9900001751

Bank - “Kapitalbank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod - 200112

VÖEN - 9900003611

Yerli valyutada hesab nömrəsi AZ65AIIB33070019441100216111 

Xarici valyutada hesab nömrəsi AZ55AIIB33170018401100216111 

M/h: AZ37NABZ01350100000000001944

SWIFT AIIBAZ2X

Tender iştirakçıları tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təmi­natı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün) və qeydiyyatdan keçdiyi rekvizitləri;

- malgöndərənin (podratçının) işin icrası üçün müqa­vilə imzalayacağı subpodratçı barədə konkret subpodrat­çının adı göstərilməklə məlumatlar (əlavə №19);

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər ic­bari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdə­liklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbay­can Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edil­miş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- iddiaçının satınalma müqaviləsini bağlamaq səla­hiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qo­yulmaması, ödənişə yönəlmiş girovun olmaması, məh­kəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Ədliyyə Nazirliyindən alın­mış müvafiq arayış);

- satınalma prosedurlarının başlanmasından əvvəl­ki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edil­məməsi barədə arayış;

- Azərbaycan Respublikasının dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğula­rın tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün ve­rilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;

- malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliy­yə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);

- mühasibat balansları, mənfəət və zərər haqqında hesabat;

- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştə­sinin, etibarlılığının olması (son beş il (1 yanvar 2018-ci il 31 dekabr 2022-ci il) ərzində ümumi məbləği 15 milyon manatdan az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki öl­çüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) baş podratçı kimi ən azı iki sifarişi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər, son beş il (1 yanvar 2018-ci il 31 dekabr 2022-ci il) ərzində ən azı 10 milyon manat­dan dövriyyə tələb olunur) və TMV-nin 1.6-cı bəndində tələb olunan digər sənədlər. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bəndlərində tələb olu­nan sənədlər ən azı bir müəssisə tərəfindən təqdim edil­məlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uy­ğun keçiriləcəkdir.

Tender iştirakçıları tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istis­na olmaqla) 25 avqust 2023-cü il saat 16.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 4 sentyabr 2023-cü il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azər­su” Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə təqdim etməlidir­lər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılma­dan geri qaytarılacaqdır. 

Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Mos­kva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 5 sentyabr 2023-cü il saat 16:00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan