Güləşçilərimiz dünya ikincisi olublar

post-img

Türkiyənin İstanbul şəhərində ke­çirilən U-17 dünya çempionatında 5 medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi 108 xal topla­yaraq komanda hesabında dünya ikin­cisi olub. 

2 qızıl, 1 gümüş və 2 bürünc medala sahiblənən yığmamız bununla, medal­ların əyarına görə, son 4 ilin ən yaxşı nəticəsini qazanıb. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında mübarizə aparan güləşçilərimizdən Turan Daşdəmirov (45 kq) və Roman Kərimov (60 kq) qalib adını qazanıblar. Yusif Əhmədli (65 kq) gümüş, Elnar Ziyadovla (48 kq) və Mikayıl İsmayılov (92 kq) isə bürünc medala sahib olublar. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman