“Bakı Tikinti Quraşdırma” ASC səhmdarlarının nəzərinə!

post-img

“Bakı Tikinti Quraşdırma” ASC səhmdarları­nın növbəti ümumi yığıncağı 9 sentyabr 2023-cü il saat 10.00-da keçiriləcəkdir. 

Gündəlikdəki məsələlər:

1. Cəmiyyətin ləğvetmə balansının təsdiq edilməsi.

2. Cəmiyyətin qalıq pul vəsaitinin səhmdarlar arasında bölünməsi planını əks etdirən hesaba­tın təsdiq olunması.

3. Cəmiyyətin səhmlərinin ləğv edilməsi və dövriyyədən çıxarılmasına aid məsələnin müza­kirəsi.

4. Digər məsələlər.

Sənədlərlə tanışlıq üçün həftənin iş günləri saat 11.00-dan 15.00-dək cəmiyyətin ləğvetmə komissiyasına müraciət etmək olar.

Əlaqə telefonu- 070 – 560 – 05 – 06. 

Ünvan-Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 6-cı köndələn küçəsi 1.

Reklam və elan