“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Ceyranbatan – Maştağa – Nardaran magistral su kəmərinin bir hissəsinin və bir ədəd su anbarının tikintisi işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

post-img

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərf­lərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçı­ları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkan­lara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məb­ləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiy­yətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsindən (əlaqələndirici şəxs: Abışev Murad Çingiz oğlundan, telefon: + 99 412 431 47 67/87 – daxili 1087 E-mail: [email protected] və Musayev Məmmədyar Ağa oğlundan, telefon: + 99 412 431 47 67 – daxili 2288, E-mail: [email protected]) ala bilərlər.

İşlərin qısa təsviri: magistral su kəmərinin bir hissəsinin və bir ədəd su anbarının tikintisi və digər əlaqədar işlər.

Tenderdə iştirak haqqı: 500,00 (beş yüz) manat­dır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

VÖEN - 9900001751

Bank - “Kapitalbank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod - 200112

VÖEN - 9900003611

Yerli valyutada hesab nömrəsi AZ65AIIB33070019441100216111 

Xarici valyutada hesab nömrəsi AZ55AIIB33170018401100216111 

M/h: AZ37NABZ01350100000000001944

SWIFT AIIBAZ2X

Tender iştirakçıları tenderdə iştirak üçün aşağıda­kı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank tə­minatı (təminatın qüvvədə olma müddəti tender tək­lifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün) və qeydiyyatdan keçdiyi rekvi­zitləri;

- malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19);

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini da­yandırdığı müddət nəzərə alınmadan) vergi ödəyici­sinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- iddiaçının satınalma müqaviləsini bağlamaq sə­lahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz isti­fadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayan­dırılmış şəxs olmaması barədə arayış (Ədliyyə Nazir­liyindən alınmış müvafiq arayış);

- satınalma prosedurlarının başlanmasından əv­vəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edən­lərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar ci­nayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məh­kəmə qaydasında qadağan edilməməsi barədə ara­yış;

- Azərbaycan Respublikasının dövlət standart­larına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetiril­məsi üçün verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;

- malgöndərənin (podratçının) son bir ildəki fəa­liyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edil­miş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);

- mühasibat balansları, mənfəət və zərər haqqın­da hesabat;

- kənar audit tərəfindən tərtib olunmuş son bir il­dəki audit hesabatları (əgər varsa);

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsi­nin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması (son beş il (1 yanvar 2018-ci il 31 dekabr 2022-ci il) ərzində ümumi məbləği 15 milyon manatdan az olmayan, ox­şar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifi­kasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) baş podratçı kimi ən azı iki sifarişi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər, son beş il (1 yanvar 2018-ci il 31 dekabr 2022-ci il) ərzində ən azı 10 milyon manatdan dövriyyə tələb olunur) və TMV-nin 1.6-cı bəndində tələb olunan digər sənədlər. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəs­sisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bəndlərində tələb olunan sənədlər ən azı bir müəssisə tərəfindən təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender tək­lifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqın­da” Azərbaycan Respublikasının qanununun tələblə­rinə uyğun keçiriləcəkdir.

Tender iştirakçıları tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 avqust 2023-cü il saat 16.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 4 sentyabr 2023-cü il saat 16.00-a qə­dər Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvan­da yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açıl­madan geri qaytarılacaqdır. 

Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Mos­kva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 5 sentyabr 2023-cü il saat 16:00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan