“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Pirşağı–Bilgəh” şərq kanalizasiya kollektorunun tikintisi işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

post-img

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirak­çıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki im­kanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçür­dükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva pros­pekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsindən (əlaqələn­dirici şəxs: Abışev Murad Çingiz oğlundan, telefon: + 99 412 431 47 67/87 – daxili 1087 E-mail: mu­[email protected] və Musayev Məmmədyar Ağa oğlundan, telefon: + 99 412 431 47 67 – daxili 2288, E-mail: [email protected]) ala bilərlər.

İşlərin qısa təsviri:

Dəmir-beton kanalizasiya kollektorunun tikintisi, nasos stansiyasının tikintisi və digər əlaqədar işlər.

Tenderdə iştirak haqqı: 500,00 (beş yüz) manat­dır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

VÖEN - 9900001751

Bank - “Kapitalbank” ASC-nin 1 saylı Nəsimi fi­lialı

Kod - 200112

VÖEN - 9900003611

Yerli valyutada hesab nömrəsi AZ65AIIB33070019441100216111 

Xarici valyutada hesab nömrəsi AZ55AIIB33170018401100216111 

M/h: AZ37NABZ01350100000000001944

SWIFT AIIBAZ2X

Tender iştirakçıları tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün) və qeydiyyatdan keçdiyi rek­vizitləri;

- malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19);

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- Azərbaycan Respublikasında vergilərə və di­gər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliy­yətini dayandırdığı müddət nəzərə alınmadan) ver­gi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz isti­fadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olma­sı barədə arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti da­yandırılmış şəxs olmaması barədə arayış (Ədliyyə Nazirliyindən alınmış müvafiq arayış);

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqə­dar cinayətə görə məhkum olunmaması, yaxud on­ların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;

- Azərbaycan Respublikasının dövlət standart­larına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə ye­tirilməsi üçün verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;

- malgöndərənin (podratçının) son bir ildəki fəa­liyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);

- mühasibat balansları, mənfəət və zərər haqqında hesabat;

- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsi­nin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsi­nin, idarəetmə səriştəsinin, etibarlılığının olması (son beş il (1 yanvar 2018-ci il 31 dekabr 2022-ci il) ərzində ümumi məbləği 10 milyon manatdan az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) baş podratçı kimi ən azı iki sifarişi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər, son beş il (1 yan­var 2018-ci il 31 dekabr 2022-ci il) ərzində ən azı 8 milyon manatdan dövriyyə tələb olunur) və TMV-nin 1.6-cı bəndində tələb olunan digər sənədlər. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bəndlərində tələb olunan sənədlər ən azı bir müəssisə tərəfindən təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqın­da” Azərbaycan Respublikasının Qanununun tələb­lərinə uyğun keçiriləcəkdir.

Tender iştirakçıları tenderdə iştirak üçün yuxa­rıda göstərilən sənədləri (tender təklifi və bank tə­minatı istisna olmaqla) 25 avqust 2023-cü il saat 16.00-a, tender təklifi və bank təminatını isə mö­hürlənmiş ikiqat zərfdə 4 sentyabr 2023-cü il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 5 sentyabr 2023-cü il saat 16:00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayən­dələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan