Paris Olimpiadasının açılışı və bağlanışı Sena çayı üzərində keçiriləcək

post-img

Bu barədə missiya rəhbərlərinin seminarında bildirilib

Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunları missiya rəhbərlərinin seminarı keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan nümayəndə heyətinin şef de missionu, Gənclər və İdman Nazirliyi idman şöbəsinin müdiri Elnur Məmmədov və şef de missionun müavini, Azərbaycan Milli Olimpiya Komitəsi Xarici Əlaqələr şöbəsinin müdiri Anar Bağırov təmsil ediblər.

Seminarda Paris Yay Olimpiya Oyunlarına hazırlıq prosesi müza­kirə edilib, Olimpiadanın açılış və bağlanış mərasimləri, tibb, nəqliyyat, yarışların keçiriləcəyi məkanlar, atletlər kəndi, akkreditasiya, atletlərin qeydiyyatı, yerləşdirilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, gələn il 26 iyul – 11 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasimi unikallığı ilə fərqlənəcək. Belə ki, Olimpa­dalar tarixində ilk dəfə olaraq çay üzərində təşkil ediləcək paradda hər bir ölkənin idmançıları onlar üçün ayrılmış gəmi ilə Sena çayı üzərindən keçəcək.

L.QURBANOVA, “Xalq qəzeti”

İdman