Laçında məşğulluq layihələri

post-img

Böyük Qayıdış proqramı üzrə doğma yurd yerlərinə – Laçın şəhərinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması üçün işlərə başlanıb. Dövlət Məşğulluq Agentliyi ilk mərhələdə həmin sakinlərlə görüşlər keçirir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Aldığımız məlumata görə, artıq 38 ailə ilə belə görüşlər keçirilərək, qiymətləndirmə aparılıb, onların hansı məşğulluq proqra­mına cəlb olunacaqları müəyyən edilib. Bu əsasda növbəti mərhələdə Laçın sakinləri­nin münasib vakansiyalar üzrə işlə təmina­tı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurs­larının təşkili nəzərdə tutulub.

Laçında fəaliyyət göstərən işəgötürənlər­lə birgə müxtəlif dəstək proqramlarının həya­ta keçirilməsi də planlaşdırılır. 

Sahibkarlara biznes fürsəti

Əmək və Əhalinin Sosial Müdafiəsi Na­zirliyi Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” iştirak­çılarına biznes mükafatlarının təqdim edilmə­sini nəzərdə tutan yeni layihəyə start verir. 

Layihə 2025-ci ilin sonuna qədər davam edəcək. Elektron müraciət formasını doldur­muş və qalib gəlmiş 280 sahibkar biznes mü­kafatları ilə təmin ediləcək.

Qeyd edək ki, layihə regionlar üzrə mər­hələli şəkildə həyata keçiriləcək. İlkin mər­hələdə Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə ”Məşğulluğa Dəstək Layihəsi”nə cəlb olunmuş və 1 ildən artıq fəaliyyəti olan bene­fisiarlar müraciət edə bilərlər. Həmin region üzrə qalib gəlmiş 8 sahibkarın biznes müka­fatı ilə təmin edilməsi nəzərdə tutulur.

Layihəyə qeydiyyata alınmış vergi ödəyi­cisi olan, özünüməşğulluq proqramı çərçivə­sində birinci ilin biznes planını uğurla tamam­lamış, son 12 ay ərzində bütün hüquqi və vergi tələblərinə tam şəkildə riayət etmiş və cəriməsi olmayan, fəaliyyətdə olan biznesi in­kişaf etdirməsi üçün əlavə əmlaka ehtiyac du­yan, biznesin inkişafı üçün biznes planı təmin edə biləcək sahibkarlar, həmçinin “Məşğul­luğa Dəstək Layihəsi” çərçivəsində 2021-ci il dekabr ayından başlayaraq, istehsal və xidmət sahələri üzrə əmlakla təmin olunmuş benefisiarlar müraciət edə bilərlər.

Gəncə – Daşkəsən iqtisadi rayonu üzrə bu tələblərə cavab verən sahibkarlar 2023-cü ilin 26 iyul tarixinədək https://dma.gov.az/mesgulluga-destek-layihesi-heveslendir­me-ve-biznes-mukafatlarina-muraciet-forma­si linkinə daxil olaraq layihəyə müraciət edə bilərlər. 

70 nəfər kiçik bizneslə məşğuldur

Əmək və Əhalinin Sosial Müdafiəsi Na­zirliyi, Mərkəzi Bank və Banklar Assosiasi­yasının birgə icra etdiyi “Özünüməşğulluğa dəstək–2023” layihəsi üzrə işsiz şəxslər üçün kiçik bizneslərin yaradılmasına başlanıb. 

Layihə çərçivəsində artıq 70 işsiz şəxsin kiçik biznesləri yaradılıb. Onların əksər his­səsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər, digər həssas qruplar­dan olanlardır.

Özünüməşğulluq proqramının genişləndi­rilməsində mühüm rol oynayan “Özünüməş­ğulluğa dəstək– 2023” layihəsinə 23 bank qoşulub. 

2020–2021-ci illərdə həssas qruplardan ibarət 1500-dək şəxs üçün kiçik bizneslərin yaradıldığı layihənin bu il daha 300 işsiz şəxsi əhatə etməsi nəzərdə tutulub.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat