Avstraliya Rusiyanın 35 təşkilatına sanksiya tətbiq edib

post-img

Avstraliya hökuməti müdafiə, texnologiya və enerji sektorunda fəaliyyət göstərən Rusiyanın 35 təşkilatına, 10 Rusiya və Belarus vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə xarici işlər naziri Penni Vonq bildirib. “Beynəlxalq tərəfdaşlarımızla sıx koordinasiya ilə alınan bu qərar Rusiyanın Ukraynaya təcavüzünü birbaşa və ya dolayısı ilə dəstəkləyən vətəndaşlara maksimum təzyiq göstərməlidir”, – deyən Penni Vonq Rusiya üçün böyük iqtisadi və strateji əhəmiyyətə malik müəssisələrin də sanksiyalara məruz qaldığını vurğulayıb.

Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, yeni sanksiya siyahısı­na Rusiya silahlı qüvvələrini qabaqcıl texnologiyalar, elektronika və avadan­lıqlarla təmin edən şirkətlər, nüvə ener­jisi və Arktika resurslarının çıxarılması ilə məşğul olan təşkilatlar daxil edilib. Bundan əlavə, Rusiyanın bir neçə rəs­mi şəxsləri, eləcə də “Kalaşnikov” kon­serninin baş direktoru ilə bağlı maliyyə məhdudiyyətləri tətbiq olunub.

Qeyd edək ki, 2014-cü ilin martın­dan Avstraliya hökuməti Rusiya əley­hinə 25-dən çox məhdudiyyət elan edib.

P. ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya