Bağdaddakı İsveç səfirliyinə hücum

post-img

Stokholm polisi “Quran” nüsxəsinin yandırılması ilə bağlı aksiyaya icazə verib. Bundan narazı olan nümayişçilər Bağdaddakı İsveç səfirliyinə basqın edib. Bir qrup etirazçı Bağdadın xüsusi mühafizə olunan “yaşıl zona”sında krallığın diplomatik nümayəndəliyinin ərazisinə daxil olaraq qapını sındırmağa cəhd edib, diplomatik nümayəndəliyin binasını yandırıb. İsveç Xarici İşlər Nazirliyi bildirib ki, diplomatik missiyanın əməkdaşlarının həyatı üçün təhlükə yoxdur. İraq hakimiyyəti isə hadisəni pisləyib.

Səfirlik binasına yaxınlaşan etiraz­çılar şiə lideri Müqtəda əs-Sədrin təs­viri olan bayraqlar və plakatlar qaldırıb. Polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Bu hadisə­dən sonra İsveçin Bağdaddakı səfirliyi fəaliyyətini dayandırıb.

P. ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya