Turizm və qonaqpərvərlik fakültəsi üzrə – 1 yer
Menecment kafedrası üzrə – 1 yer
Sənədlər elan qəzetdə dərc olunan gündən bir ay müddətində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 16.00-dək Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə təqdim edilməlidir. Sənədlər [email protected] mail ünvanı vasitəsi ilə elektron qaydada da qəbul edilir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
1. Rektorun adına ərizə
2. Kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkil)
3. Tərcümeyi-hal
4. Şəxsiyyət vəsiqəsinin surəti
5. Profilə uyğun olaraq ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin təsdiq edilmiş surətləri
6. Elmi və elmi-metodiki işlərin siyahısı
7. Dekan və kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
Qeyd – namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.
Telefon – 564-42-33 (daxili - 115)
Ünvan – Bakı şəhəri, AZ1072, K.Rəhimov küçəsi 822/23-cü məhəllə, 103-cü otaq.
Rektorluq