Hindistanda yanğın: azı 21 nəfər ölüb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Hindistanın paytaxtı Yeni Dehlidə otel restoranında baş verən yanğın nəticəsində ən azı 21 nəfər ölüb.

Məlumatı “Anadolu” yayıb. 

Məlumata görə, yanğın yerli vaxtla səhər saat 8:50 radələrində təxminən 40 nəfərin qaldığı beşmərtəbəli otelin zirzəmisində yerləşən restoranda başlayıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları göndərilib.

Qeyd edək ki, yanğın zamanı qonaqların əksəriyyəti yatıb.

İlkin məlumatlara görə, 21 nəfər həlak olub. Xilasedicilər binanın içərisindəki bir çox insanı təxliyə edə biliblər. Yanğının səbəbi hələlik müəyyən edilməyib.

Hindistanın Baş naziri Narendra Modi sosial media hesabında paylaşım edərək həlak olanların ailələrinə başsağlığı verib.

P.ƏMİRCANOV
XQ

Dünya