“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti AÇIQ TENDER ELAN EDİR

post-img

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Lot –2. “5 ədəd su anbarının (Qaraçay, Qudyalçay, Qusarçay, Vəlvələçay və Türyançay çaylarında) texniki-iqtisadi əsaslandırmanın hazırlanması” layihəsi çərçivəsində “4 ədəd su anbarının (Qaraçay, Qudyalçay, Qusarçay və Vəlvələçay çaylarında) texniki-iqtisadi əsaslandırmanın hazırlanması” işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Satınalan təşkilatın adı– Tikilməkdə Olan Melio­rasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriy­yəti

Əlaqələndirici şəxs– Qulam Şamil oğlu Aslanov (S .A.A.).

Satınalan təşkilatın ünvanı– Bakı şəhəri, Yasa­mal rayonu, Moskva prospekti-69a.

Əlaqələndirici şəxsin emaili– [email protected]

Əlaqə nömrəsi– (012) 431 08 64.

Satınalma predmetinin adı– “4 ədəd su anbarı­nın (Qaraçay, Qudyalçay, Qusarçay və Vəlvələçay çaylarında) texniki-iqtisadi əsaslandırmasının hazır­lanması”.

Ünvanı–Quba və Qusar rayonlarının inzibati əra­zisi.

İşlərin qısa təsviri: Ümumi su tutumları 159 mil­yon kubmetr, o cümlədən: Quba rayonuna məxsus 27900 hektar ərazinin suvarma suyu ilə təmin edil­məsi üçün ümumi su tutumları 142 milyon kubmetr üç ədəd (Qaraçay, Qudyalçay və Vəlvələçay üzərin­də) və Qusar rayonuna məxsus 20600 hektar ərazi­nin suvarma suyu ilə təmin edilməsi üçün ümumi su tutumu 17 milyon kubmetr olan bir ədəd (Qusarçay üzərində) su anbarlarının texniki-iqtisadi əsaslandır­malarının hazırlanması. 

İşlərin yerinə yetirilmə müddəti – 8 aydır.

Tender təkliflərinin qiymətləndirilməsi meyarları:

Texniki təklif - 10 bal, o cümlədən: 

- iddiaçı bağlanacaq satınalma müqaviləsinin yerinə yetirilməsi üçün avans ödənişi tələb etmədiyi halda, bu meyar üzrə müəyyən olunmuş maksimal 10 balla qiymətləndiriləcəkdir. Əgər, iddiaçı tender təklifində 20 faizdən artıq avans ödənişi tələb edər­sə, onda həmin iddiaçının tender təklifi kənarlaşdı­rılacaqdır. 20 faiz və daha az avans ödənişi tələb olunan tender təklifinin bu meyar üzrə alacağı bal aşağıdakı düstur əsasında hesablanacaq, (20 – X)/20x10 X - tender təklifində iddiaçı tərəfindən tələb olunan avans ödənişinin müqavilə qiymətinə nisbət­də faizi.

Ən az qiymət təklifi – 90 baldır.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçı­ları lazımi kadr və maliyyə imkanlarına malik olmaqla yanaşı, iddiaçı son 10 (on) il ərzində baş podratçı (əsas layihəçi) kimi su tutumu 40 milyon kubmetr­dən az olmayaraq ən çoxu oxşar 4(dörd) iş görmə təcrübəsinə malik olmaqla bərabər ümumi su tutum­ları 160 milyon kubmetr və qulluq etdikləri suvarma sahəsi 50,0 min hektardan az olmamaq şərtilə su anbarlarının texniki-iqtisadi əsaslandırmalarının tər­tib edilməsini əhatə etməlidir (təhvil-təslim aktları və işbitirmə sənədləri təqdim etməlidir).

İştirak haqqı– 5500 (beş min beş yüz) manat (iş­tirak haqqının məbləği “Dövlət Satınalmaları haqqın­da” Azərbaycan Respublikası Qanunun 29.1 maddə­sinə müvafiq olaraq müəyyənləşdirilir).

İddiaçılar iştirak haqqını ödədikdən sonra satına­lan təşkilata rəsmi müraciət etməklə tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. 

Ödənilmiş iştirak haqqı heç bir halda geri qay­tarılmır.

Tikilməkdə olan meliorasiya və irriqasiya obyekt­lərinin birləşmiş müdiriyyəti

VÖEN– 1300300711 

H/h – AZ 10 IBAZ 380700194497 16100216 

“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal fili­alı

M/h –AZ03NABZ01350100000000002944

Kod– 805562

VÖEN– 9900001881 

SWIFT : IBAZAZ2Х (AZIPS-in üzvü)

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənəd­ləri təqdim etməlidirlər:

1. Tender təklifi təkliflərin açıldığı gündən sonra ən azı 45 bank günü qüvvədə olmalıdır. Tender tək­lifi Azərbaycan dilində tərtib edilməlidir (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunma­lıdır).

2. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender tək­lifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilmə­lidir).

3. Azərbaycan Respublikasında vergilərə və di­gər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keç­miş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyi­cisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməmə­si hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.

(vergi xidməti tərəfindən təqdim edilməli, qeydiy­yat tarixi cari rüb ərzində olmalı, sənədin əsli və ya notarial təsdiq edilmiş surətinin yerləşdirilməsi zəru­ridir);

4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

(son maliyyə dövrünə olan məlumatı əks etdir­məsi sənədin əsli və ya notarial təsdiq edilmiş surə­tinin yerləşdirilməsi zəruridir);

5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

(bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əslinin və ya notarial təsdiq edilmiş surətinin yerləşdirilməsi zəruridir);

6. İddiaçının tam adı, hüquqi statusu, nizam­naməsi, qeydiyyatdan keçdiyi ölkə. (kommersiya və hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxa­rış iddiaçı tərəfindən təqdim edilməli, nizamnamə­nin, dövlət reyestrindən çıxarışın və şəhadətnamə­nin notarial qaydada təsdiq olunmuş formatında yerləşdirilməsi zəruridir);

7. Rekvizitlər (iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi zəruridir);

8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ix­tisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məh­kəmə qaydasında qadağan edilməməsi.

(sənədlər DİN və ya “Asan xidmət” tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində ol­malı, sənədin əslinin və ya notarial təsdiq edilmiş surəti zəruridir);

Sənədin verilmə tarixi elan verilmiş aydan eti­barən olmalıdır (ay, il).

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti da­yandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması.

(sənədlər vergi xidməti tərəfindən təqdim edil­məli, cari rübü əhatə etməli, sənədin əslinin və ya notarial təsdiq edilmiş surəti zəruridir).

10. Satınalma müqaviləsinin icrasını təmin et­mək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsi­nin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması.

İddiaçının ixtisas göstəriciləri əsas şərtlər toplu­sunun 3-cü “əsas şərtlər toplusunun məlumat xəritə­si” bölməsinin 13.3.8-ci bəndində verilmiş tələblərə uyğun gəlməlidir. İxtisas göstəriciləri haqqında mə­lumat əsas şərtlər toplusunun 8-ci “standart forma­lar” bölməsinin, 7-ci “podratçının ixtisas göstəriciləri haqqında məlumat” qoşmasında göstərilmiş forma və qaydada təqdim olunmalıdır.

İddiaçının adları qeyd olunan işçi qüvvəsi haqqında əlavə olaraq aşağıdakı sənədlər təqdim edilməlidir:

– layihənin baş mühəndisi haqqında – layihələn­dirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəd­də (ümumi izahat kitabının titul vərəqində və layihə cizgilərində künc ştampında) adı və imzası olan sənədin surəti;

- topoqraf haqqında - layihələndirdiyi bütün ob­yektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti;

- hidroloq haqqında - layihələndirdiyi bütün ob­yektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti;

- mühəndis-hidrogeoloq haqqında - layihələndir­diyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir ob­yekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (mühəndis-geologiya bölməsi kitabının titul vərəqin­də) adı və imzası olan sənədin surəti;

- ətraf mühit və iqlim dəyişmələri üzrə mütəxəs­sis haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (ekologiya bölməsi kitabı­nın titul vərəqində) adı və imzası olan sənədin surəti;

- iqtisadiçı-maliyyəçi (smeta üzrə mütəxəssis) haqqında - layihələndirdiyi bütün obyektlər üzrə si­yahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (tikintinin toplu smetası bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti;

- meliorasiya qurğularının planlaşdırılması və la­yihələndirilməsi üzrə mühəndis (TTL) haqqında - la­yihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (tikintinin təşkili layihəsi bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti; 

- nasos stansiyaları və mexaniki avadanlıqlar üzrə mühəndis haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (nasos stansiyaları və mexaniki avadanlıqlar bölməsi kitabı­nın titul vərəqində) adı və imzası olan sənədin surəti;

- elektrik mühəndisi haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən tex­niki tapşırıq sənədində adı və imzası olan sənədin surəti;

- avtomatika mühəndisi haqqında - layihələndir­diyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən ve­rilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti;

- inşaat mühəndisi (konstruktor) haqqında - la­yihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (konstruksiya bölməsi üzrə vərəqin künc ştampında) adı və imzası olan sənədin surəti;

- (iddiaçı tərəfindən təqdim edilməli).

11. İddiaçının mikro, kiçik və orta sahibkarlıq su­byektlərinin meyarlarına uyğun olması.

(Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməli sənədin əslinin və ya notarial təsdiq edilmiş surətinin təqdimatı zə­ruridir); 

Sənədin qüvvədə olma müddəti “Tələb olunan sənədlərin son təqdim olunma tarixini əhatə etmə­lidir” (gün, ay, il)

12. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti nö­vünün həyata keçirilməsi və ya müəyyən hərəkətlə­rin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması. (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməlidir).

13. Satınalma müqaviləsini bağlamaq səlahəy­yətinin olması.

(imza səlahiyyəti olan şəxsin (əgər təsisçi direk­tor deyilsə) əmri, sənədin əslii və ya notarial təsdiqini təqdim etməsi zəruridir).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda 3 və 13-cü sıralarda göstərilən sənədləri 25 may 2023-cü il saat 17.00-a (tender təkliflərinin açılışına 7 (yeddi) bank günü qalmış) qapalı zərfdə üzərində əsli və surəti göstərilməklə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etmə­lidirlər. 

İddiaçılar tender təklifi və bank təminatını isə 5 iyun 2023-cü il saat 17.00-a qədər (tender təklifləri­nin açılışına 1 (bir) bank günü qalmış) ) qapalı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etmə­lidirlər. 

İddiaçıların təklifləri 6 iyun 2023-cü il saat 15.00-da açılacaqdır. 

Tender proseduru “Dövlət satınalmaları haqqın­da” Qanuna uyğun keçiriləcəkdir.

Tender komissiyası

Reklam və elan