“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ AÇIQ TENDER ELAN EDİR

post-img

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ “Suqovuşan qəsəbəsində 5 ədəd 5 mərtəbəli 2 girişli yaşayış binasının tikintisi” işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender işti­rakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texni­ki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçür­dükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayo­nu , Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yer­ləşən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsindən əldə edə bilərlər.

Əlaqələndirici şəxs- satınalma şöbəsinin mü­diri İntizam Novruzov – [email protected] və baş məsləhətçi Tural Rzayev - [email protected], telefon- + 9955 489 98 20. 

İşlərin qısa təsviri:

Ərazidə 5 ədəd 5 mərtəbəli yaşayış binası, 1 ədəd nəzarət məntəqəsi, uşaq meydançası, id­man üçün meydança, futbol meydançası, 2 ədəd velosiped dayanacağı və s.

Tenderdə iştirak haqqı: 1500,00 ( bir min beş yüz) manatdır. 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs

VÖEN- 3201635961

Bank- “ABB”nin Mərkəz filialı

Kod-0 805722

VÖEN- 9900001881

H/h- AZ95İBAZ38030019443196817204

M/h- AZ03NABZ01350100000000002944

SWIFT İBAZAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

• Tenderdə iştirak etmək üçün ərizə.

• İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

• Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır).

• Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

• Tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rek­vizitləri.

• Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konk­ret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19).

• Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəa­liyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir).

• Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış.(tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqə­dar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olma­sının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Müvafiq sahibkarlıq fəaliyyəti növünün həya­ta keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması və onun əsasında həyata keçirilmə­sinə icazə verilən işlərin siyahısı.

• Malgöndərənin (podratçının) son bir ildə­ki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq edilmiş surəti təqdim edil­məlidir)

• Mühasibat balansları, mənfəət və zərər haqqında hesabat.

• Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları.

• Baş podratçı kimi son beş il (2018-ci il yanva­rın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümu­mi məbləği 5 (beş) milyon manatdan az olmayan, müraciət edənin hissəsi isə ən azı 2.5 (iki milyon beş yüz min) milyon olan (müraciət edən müqa­viləni birgə müəssisənin üzvü olaraq icra etmiş­dirsə) və oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı 2 (iki) sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər təqdim edilməlidir;

• Son beş il (1 yanvar 2017 – ci il 31 dekabr 2021-ci il ) ərzində tikinti - quraşdırma işləri üzrə ən azı 10 milyon manat dövriyyə tələb olunur, həmçinin TMV-nin 1.6-cı bəndində tələb olunan digər tələblər. 

Qeyd- tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə ya­ratdıqda, TMV-nin 1-ci və 2-ci bəndlərində tələb olunan sənədlər hər bir şirkət üçün ayrılıqda təq­dim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edil­məlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunu­nun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təmina­tı istisna olmaqla) 13 iyun 2023-cü il saat 16:00-a, tender təklifi və bank təminatını isə möhürlən­miş ikiqat zərfdə 22 iyun 2023-cü il saat 16:00-a qədər Bakı şəhəri, Yasamal rayonu Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yerləşən “Qarabağ İq­tisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xid­məti”nin satınalma şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçı­larının təklifləri Bakı şəhəri, Yasamal rayonu, Za­hid Xəlilov küçəsi 53 nömrəli ünvanda yerləşən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin inzibati binasında 23 iyun 2023-cü il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayən­dələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan