Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 2 000 (iki min) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər (əlaqələndirici şəxs- Hüseynalı Mehtizadə, telefon +994 55 400 94 89; e-mail: [email protected]).
İştirak haqqı heç bir halda geri qaytarılmır.
H/h - AZ58AZRT38060019440017830004
VÖEN-2300336431
Bank – “AZƏRTÜRK BANK” ASC-nin Gəncə filialı
Kod - 210005
VÖEN - 9900006111
M/h - AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: AZRTAZ22
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış ( 2023-cü il aprelin 26-dan sonrakı dövr);
- iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - müvafiq orqan tərəfindən təqdim edilməklə əvvəlki il üzrə olmalıdır;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış (2023-cü il aprelin 26-dan sonrakı dövr );
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış (2023-cü il aprelin 26-dan sonrakı dövr );
- nizamnamənin notarial qaydada təsdiq olunmuş surəti (2023-cü il aprelin 26-dan sonrakı dövr );
- qeydiyyatdan keçdiyi ölkənin notarial qaydada təsdiq olunmuş sənədlərinin surətləri (2023-cü il aprelin 26-dan sonrakı dövr );
- Rekvizitlər;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd (2023-cü il aprelin 26-dan sonrakı dövr);
- iddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd (2023-cü il aprelin 26-dan sonrakı dövr);
- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmasının notarial qaydada təsdiq olunmuş sənədinin surəti (2023-cü il aprelin 26-dan sonrakı dövr);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə məktubun əsli və ya notarial qaydada təsdiq olunmuş surəti (2023-cü il aprelin 26-dan sonrakı dövr);
- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması barədə imza səlahiyyəti olan şəxsin (əgər təsisçi direktor deyilsə) əmrinin surəti;
- iddiaçının işlərin həyata keçirilməsi üçün maliyyə imkanlarının olması barədə audit hesabatı (əgər varsa);
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması (son 3 il (2019-cu il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək) ərzində ümumi məbləği 2 milyon manatdan az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) baş podratçı kimi ən azı iki sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər, son üç il (2019-cu il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ən azı 2 milyon manat dövriyyə tələb olunur;
- digər tələblər;
- malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi (lot üzrə son 3 müqavilə və işlərin təhvil verilməsi ilə bağlı təhvil-təslim aktı və ya ən sonuncu forma 3);
- malgöndərənin texniki imkanları (icra olunacaq işlər üzrə işlərin görülməsinin standartlara cavab verə biləcək avadanlıqları).
1. Özüboşaldan-10 ədəd, 2.Ekskavator-2 ədəd, 3.Yükləyici-1 ədəd , 4.Avtoqreyder-2 ədəd, 5.Yol basan-2 ədəd, 6.Asfalt yayan-2 ədəd,
7. Bitumsəpələyici -1 ədəd , 8. Avtobetonqarışdırıcı – 2 ədəd, 9. Yol basan -2 ədəd, 10. Su maşını -1 ədəd texnikaların olması vacib şərtdir.
Həmçinin təqdim ediləcək texnikaların 20 faizi öz balansında olmalıdır. Texniki pasportların surətləri təqdim olunmalıdır; (podratçının) özününkü deyilsə, onların icarəyə götürüləcəyi və ya satın alınacağı haqqında əldə olunmuş razılıq sənədinin (müqavilə və ya niyyət protokolu) nüsxəsi təqdim olunmalıdır. Təqdim olunan sənəddə maşın və mexanizmlərin hazırki sahiblərinin adları, ünvanları və əlaqə yaradılması üçün məlumatlar.
İşin adına uyğun olan beynəlxalq səviyyəli sertifikart (zəruridir).
1. İşlərin keyfiyyətinin idarə olunması ilə bağlı ISO 9001:2015 sertifikatı.
2. Keyfiyyət İdarəetmə-Müştəri Məmnuniyyəti ilə bağlı İSO 10002:2018 sertifikatı.
Asfalt işlərinin görülməsi üçün sahəyə gətiriləcək asfalt (asfalt zavodu tikinti aparılacaq sahə ilə 60 km məsafəyədək) yerləşməli və yaxud mobil tipli asfalt zavodu quraşdırılmalıdır. (qeyd-podratçının özününkü deyilsə, icarəyə götürəcəyi asfalt zavodu və ya mobil tipli asfalt zavodunun icarəyə götürüldüyü ilə bağlı icarə müqaviləsi, həmçinin təsdiqedici sənədlər).
Lot üzrə minimum işçi sayının on (10) nəfər olması (yol mühəndisi-5 il təcrübə -3 nəfər, iş icraçısı-2 il təcrübə-3 nəfər, təhlükəsizlik mühəndisi (SƏTƏM) -2 il- 1 nəfər, geodez-topoqraf-3 il təcrübə-1 nəfər, mühəndis-mexanik- 2 il təcrübə-1 nəfər olması mütləqdir) təqdim edilən işçilərin portaldan bildirişləri,iş təcrübəsi və digər məlumatlar.
Son 3 il ərzində asfalt örtüklərinin tikintisi 1 000 000 kvadrat metr, torpaq layının tikintisi 220 000 kub metr, qum-çınqıl layının tikintisi – 80 000 kub metr çox olması və bununla bağlı podratçı tərəfindən rəsmi blankda arayış.
İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb ediləcəyi təqdirdə).
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı (müqavilənin ümumi məbləği 100.000,00 (bir yüz min) ABŞ dollarının manat ekvivalentindən çox olarsa, o zaman satınalma müqaviləsinin 2 faizi miqdarında müqavilənin yerinə yetirilməsi təminatı təqdim edilməli və qüvvədə olma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən 30 bank günü çox olmalıdır.
İddiaçıların son iki il ərzində digər təşkilatlarla iş birliyi haqqında qısa məlumat barədə arayış tam şəffaf şəkildə təqdim edilməlidir (sifarişçi tərəfindən verilmiş təqdimat).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 5 iyun 2023-cü il saat 18.00-a, bank təminatını və tender təklifini isə 14 iyun 2023-cü il saat 12.00-a qədər Gəncə şəhəri, Heydər Əliyev meydanı, inzibati binada 410-cu otağa təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların tender təklifləri 16 iyun 2023-cü il saat 12.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası