“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ “Füzuli şəhərində yaşayış məhəlləsi”nin konseptual təklifinin hazırlanması məqsədilə MÜSABİQƏ ELAN EDİR

post-img

İşğaldan azad olunmuş ərazilər­də aparılan tikinti-quruculuq işlərində memarların iştirakını təmin etmək, həmçinin layihələrin icrası zamanı yaradıcı yanaşmaların tətbiqinə şə­rait yaratmaq məqsədilə Qarabağ İqtisadi Rayonunda Bərpa Tikinti və İdarəetmə Xidməti tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi­nin dəstəyi ilə aşağıdakı layihə üzrə konseptual təkliflərin cəlb edilməsi həyata keçirilir.

Layihə- Füzuli şəhərində yaşa­yış məhəlləsinin konseptual təkli­finin hazırlanması.

Konseptual təklifin hazırlanması üçün əsas - layihə tapşırığı.

Təşkilati-hüquqi sənədlərin təq­dim edilməsi üçün son tarix və saat- 2 may 2023-cü il saat 18.00, konsep­tual təkliflərin təqdim edilməsi üçün son tarix və saat- 18 may 2023-cü il saat 18.00-dır.

İştirak etmək istəyən layihəçilər tərəfindən aşağıdakı sənədlərin və məlumatların hər iki elektron ünvana ([email protected], [email protected]) göndərilməsi xahiş olunur. 

Təqdim olunan sənədlər və mə­lumatlar qəbul edildikdə iştirakçıya bu barədə bildirişlə birlikdə layihə tapşırığı və zəruri məlumatlar təqdim edilir.

Qeyd- müxtəlif elanlar üzrə təklif vermək üçün sənədlərin və məlumat­ların bir dəfə təqdim edilməsi və qə­bul olunması kifayətdir.

Təşkilati-hüquqi sənədlər:

1) Təşkilati strukturu, nizam­naməsi və kommersiya hüquqi şəxs­lərin reyestrindən çıxarış sənədi.

2) Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icra­atı tətbiq edilən bina və qurğuların layihələndirilməsinə icazə verən li­senziya.

Potensialın təsdiqi:

1. Analoji işlərdə təcrübəsinin təsviri (ümumiləşdirilmiş məlumat, müqavilələr, referans məktubları və s.).

2. Şirkətin icra etdiyi layihələrin əks olunduğu portfolio.

3. İşin tam həcmdə (işçi layihə­si səviyyəsində) icrası üçün hər bir əməkdaşın öhdəsinə düşən vəzifə və tapşırığı göstərməklə təklif olunan əməkdaşlar qrupunun tərkibi (layihə rəhbəri, memar, konstruktor, elektrik, su , kanalizasiya və s. sahələr üzrə mütəxəssislər).

4. İşin tam həcmdə (işçi layihə­si səviyyəsində) icrası üçün qrupun tərkibinə daxil olan mütəxəssislərin tərcümeyi-halı (CV), həmçinin bu mütəxəssislərin əmək müqaviləsi bil­dirişi və ya bu layihəyə cəlb olunaca­ğı barədə niyyət razılaşması. 

Layihələrin təqdim edilmə forma­sı- 1 ədəd A3 ölçülü .pdf formatlı təq­dimat faylı.

Layihə təkliflərinin daxili qiymət­ləndirilməsinin nəticəsi kimi yalnız il­kin müsbət rəy almış təkliflərin müəl­lifləri ilə əlaqə yaradılacaqdır.

Bütün iştirakçıların müəllif hüquq­larının qorunmasına zəmanət verilir.

Reklam və elan