“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ

post-img

 “Füzuli şəhərində yaşayış məhəlləsi”nin konseptual təklifinin hazırlanması məqsədilə müsabiqə elan edir

İşğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərində memarların iştirakını təmin etmək, həmçinin layihələrin icrası zamanı yaradıcı yanaşmaların tətbiqinə şərait yaratmaq məqsədilə Qarabağ  İqtisadi  Rayonunda  Bərpa Tikinti və İdarəetmə Xidməti tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə aşağıdakı layihə üzrə konseptual təkliflərin cəlb edilməsi həyata keçirilir.

Layihə- Füzuli şəhərində yaşayış məhəlləsinin konseptual təklifinin hazırlanması.

Konseptual təklifin hazırlanması üçün əsas- layihə tapşırığı.

Təşkilati-hüquqi sənədlərin təqdim edilməsi üçün son tarix və saat- 2 may 2023-cü il saat 18.00, konseptual təkliflərin təqdim edilməsi üçün son tarix və saat- 18 may 2023-cü il saat 18.00-dır.

İştirak etmək istəyən layihəçilər tərəfindən aşağıdakı sənədlərin və məlumatların hər iki elektron  ünvana  ([email protected], [email protected])   göndərilməsi  xahiş olunur. 

Təqdim  olunan  sənədlər və məlumatlar qəbul edildikdə  iştirakçıya  bu  barədə  bildirişlə birlikdə  layihə  tapşırığı  və  zəruri məlumatlar  təqdim  edilir.

Qeyd- müxtəlif  elanlar  üzrə  təklif  vermək  üçün  sənədlərin və məlumatların bir dəfə təqdim  edilməsi  və  qəbul  olunması  kifayətdir.

Təşkilati-hüquqi sənədlər:

1)    Təşkilati  strukturu,  nizamnaməsi  və kommersiya hüquqi  şəxslərin  reyestrindən çıxarış  sənədi.

2)    Tikintisinə  icazə  tələb  olunan  və  barəsində  məlumatlandırma  icraatı  tətbiq  edilən bina  və  qurğuların  layihələndirilməsinə  icazə  verən  lisenziya.

  Potensialın təsdiqi:

1.     Analoji işlərdə təcrübəsinin təsviri (ümumiləşdirilmiş məlumat, müqavilələr, referans məktubları və s.).

2.     Şirkətin icra etdiyi layihələrin əks olunduğu portfolio.

3.     İşin tam həcmdə (işçi layihəsi səviyyəsində) icrası üçün hər bir əməkdaşın öhdəsinə düşən vəzifə və tapşırığı göstərməklə təklif olunan əməkdaşlar qrupunun tərkibi (layihə rəhbəri, memar, konstruktor, elektrik, su , kanalizasiya və s. sahələr üzrə mütəxəssislər).

4.     İşin tam həcmdə (işçi layihəsi səviyyəsində) icrası üçün qrupun tərkibinə daxil olan mütəxəssislərin tərcümeyi-halı (CV), həmçinin bu mütəxəssislərin əmək müqaviləsi  bildirişi  və  ya  bu layihəyə cəlb olunacağı barədə niyyət razılaşması. 

Layihələrin təqdim edilmə forması- 1 ədəd A3 ölçülü .pdf formatlı təqdimat faylı.

Layihə  təkliflərinin  daxili  qiymətləndirilməsinin  nəticəsi  kimi  yalnız  ilkin  müsbət  rəy almış  təkliflərin  müəllifləri  ilə  əlaqə yaradılacaqdır.

Bütün  iştirakçıların  müəllif  hüquqlarının  qorunmasına  zəmanət  verilir.

 

 

Reklam və elan