Premyer Liqada XXXII turun qarşılaşmaları açıqlanıb

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun oyun cədvəli açıqlanıb. Peşəkar Futbol Liqasınıın məlumatına görə, üç günü əhatə edəcək növbəti turun görüşləri aprelin 29-dan start götürəcək. 

Turun ilk qarşılaşması  aprelin 29-da start götürəcək. Həmin gün “Kəpəz”–“Sumqayıt”ı qəbul edəcək. Gəncə şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq. Həmin gün saat 18:30-da “Bank Respublika Arena”da “Sabah” – “Şamaxı” sınağa çəkəcək. 

Turun digər iki qarşılaşması mayın 1-də keçiriləcək. Həmin gün “Qəbələ” – “Səbail”i qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat  17:30-da başlayacaq. “Zirə” – “Turan Tovuz” matçı isə saat 20:00- Zirə İdman Kompleksinin stadionunda oynanılacaq.

Qeyd edək ki, 30 aprel (bazar) günü keçirilməsi planlaşdırılan “Neftçi” – “Qarabağ” oyunu Formula 1 Azərbaycan Qran-Prisinə görə mayın-2si saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

İdman