“Azərenerji” ASC Elektrik stansiyalarında istifadə olunacaq müxtəlif energetik yağların satın alınması (elektrik stansiyalarının mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və yenilərinin tədarük olunması) üçün AÇIQ TENDER ELAN EDİR
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 2 000 (iki min) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər (əlaqələndirici şəxs – Azad Məmmədov, telefon: 598-26-96, 490-09-27; e-mail: [email protected]).
İştirak haqqı heç bir halda geri qaytarılmır.
H/h- AZ35AIIB33020019441024659102
VÖEN-9900000421
Bank- “Kapital Bank” ASC-nin Mərkəz filialı
Kod- 200026
VÖEN-9900003611
M/h- AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 50 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində (və ya fəaliyyətə başladığı dövrdən) özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış;
- iddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının ən azı 3 il energetik yağların satışı üzrə təcrübəyə malik olmasına aid təsdiqedici sənədlər. Eləcə də, energetik yağların satışı üzrə müqavilələrin ümumi dəyəri 800 000 (səkkiz yüz min manat) AZN-dən yuxarı olması barədə təsdiqedici sənədlərin (təsdiqlənmiş müqavilə, akt, qaimə, forma 2 və forma 3) təqdim olunması;
- təklif olunan qaz-mühərrik yağları üçün material təhlükəsizliyi məlumat bazası (MSDS), texniki məlumat bazası (TDS) və uyğunluq sertifikatı tələb olunur. Bütün yağların uyğunluq sertifikatlarını təqdim etməyən iddiaçıların tender təklifləri qiymətləndirməyə alınmayacaq. Həmçinin iddiaçılar təqdim edilən bütün yağların uyğunluq sertifikatlarının mövcudluğu və orijinal olmaları barədə öhdəlik götürməli və öhdəlik sənədini imzalayıb möhürləyərək təqdim etməlidirlər;
- müvafiq sertifikatlar və lizensiyalar.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16 may 2023-cü il saat 15.00-a, bank təminatını və tender təklifini isə 24 may 2023-cü il saat 15.00-a qədər Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10 nömrəli ünvana, “Azərenerji” ASC-nin ümumi şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların tender təklifləri 25 may 2023-cü il saat 15.00-da yuxarıda göstərilən ünvanda (onlayn qaydada) açılacaqdır.
Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların e-maillərinə müraciət əsasında göndəriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası