Daha bir marşrutda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

post-img

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən müntəzəm marşrut avtobuslarının mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası ilə bağlı tədbirlər davam etdirilir.

BNA-dan bildirilib ki, bu çərçivədə aprelin 10-dan etibarən “Azadlıq Prospekti” metro stansiyası (S.S.Axundov küçəsi) ilə Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

“İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək”, - məlumatda qeyd edilib.

Son xəbərlər