Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 2 000 (iki min) manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər (əlaqələndirici şəxs: Araz Məmmədzadə, telefon: 490-09-27, 598-05-56; e-mail: [email protected]
Hesab: AZ35AIIB33020019441024659102
VÖEN : 9900000421
Bank: “Kapital Bank” ASC Mərkəz filialı
Kodu: 200026
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 50 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində (və ya fəaliyyətə başladığı dövrdən) özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;
- İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət orqanından arayış;
- İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının analoji satınalmalarda təcrübəsi haqqında məlumat;
- İddiaçının son 2 (iki) illik iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar;
- Müvafiq sertifikatlar və lizensiyalar.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16 may 2023-cüil saat 15.00-a qədər, bank təminatını və tender təklifini isə 24 may 2023-cü il saat 15:00-a qədər Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10 ünvanına “Azərenerji” ASC-nin ümumi şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların tender təklifləri 25 may 2023-cüil saat 15.00-da yuxarıda göstərilən ünvanda (onlayn qaydada) açılacaqdır.
Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların e-maillərinə müraciət əsasında göndəriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası