Bu gün “Azərbaycan Evi”nin təşəbbüsü, təşəkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə 20 Yanvar və 9 Aprel faciələrinə həsr olunmuş “Milli Dirəniş və Azadlığa Gedən Yol” adlı foto-sərgi və tədbir keçirilib.
Tədbirdə, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nümayəndələri Kamil Əfəndiyev və Cavid Məhərrəmov, Türkiyənin Gürcüstandakı Səfirliyinin nümayəndəsi Uğur Tahlan, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi hacı Faiq Nəbiyev, Marneuli Bələdiyyəsinin sturktur bölmələrinin rəhbərləri və üzüvləri, TİKA-nın Gürcüstan nümayəndəliyinin baş direktoru Zeynəb Bayraq, müavinləri Muhammed Emre Ezber və Davit Kamaşidze, Türkiyənin “MAARİF” Məktəblərinin Gürcüstan nümayəndəliyinin baş direktoru Faruk Tekşen və Marneuli şöbəsinin müdiri Murad Kördemir, Gürcüstan Azərbaycanlıları Konqresinin üzüvləri, ictimayyət nümayəndələri, din xadimləri, ziyalılar, elm adamları və gənclər iştirak ediblər.
Tədbirə gələn qonaqlar əvvəlcə 20 Yanvar və 9 Aprel faciələrini əks etdirən foto-sərgi ilə tanış olublar.
Tədbir 20 Yanvar və 9 Aprel faciələrində, eləcə də Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra, “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək bildirib ki, sovet ittifaqının ali və hərbi rəhbərliyi 20 Yanvar və 9 Aprel faciələrini törətməklə hər iki ölkə və xalqların azadlığını və müstəqilliyini boğmaq məqsədi ilə Paytaxt Bakı şəhərinə və Tbilisiyə ordu yeridərək günhasız şəhər sakinlərini qətlə yetiriblər. Bu günləri biz faciə kimi yaşasaqda, əslində, xalqlarımızın tarixi və qanla yazılmış şərəfli günü kimi də qeyd edirik. O dövürdə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevə olan çox saylı təqib və təzyiqlərə baxmayaraq, ulu öndər 21 yanvarda Bakının Moskvadakı daimi nümayəndəliyinə gedərək, dərhal bu hadisələri törədənlərin həbsini və siyasi qiymətin verilməsini tələb etmişdir.
M. İmanov qeyd edib ki, 20 Yanvar faciəsində 170-ə yaxın faciə qurbanları olub, onlardan 6 nəfəri də Gürcüstan əsilli azərbaycanlılardır. Ümumilikdə yüzlərlə insanlar qanunsuz həbs edilib. 9 Aprel faciəsində də 21 nəfər gürcü qardaş və bacılarımız faciə qurbanı olub, yüzlərlə insanlar qanunsuz olaraq həbs edilib. Bütün şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan torpaqları işğaldan tam azad olundu və bu gün şəhidlərimizin ruhları şaddır. Biz əminin ki, yaxın gələcəkdə Gürcüstanın 20 faiz işğal edilmiş torpaqları azad ediləcək, Abxaziya və Samaçablo qaçqınları öz tarixi torpaqlarına qaydacaqlar.
Daha sonra Azərbaycanın Gürcüstandakı Səfirliyinin hərbi attaşe aparatının rəhbəri Kamil Əfəndiyev çıxış edərək bildirib ki, 20 Yanvar və 9 Aprel faciələri Azərbaycan və Gürcü xalqlarının qəhrəmanlıq və azadlıq səlnaməsidir. Diplomat qeyd edib ki, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən xüsusi qərarın qəbul edilməsilə xalqımızın məruz qaldığı dəhşətli faciə rəsmi olaraq siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.
Sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Faiq Nəbiyev çıxışında bildirib ki, hər iki faciədə vətənin müstəqilliyi uğrunda həyatlarını itirən qardaş və bacılarımız şəhid hesab olunur və Allahın dərgahında məqamları ucadır. Şeyx həmin günləri xatırlayaraq qeyd edib ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar və 9 Aprel faciələri xalqlarımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. O, dua edərək Uca Allahdan belə bir faciələrin birdaha yaşanmamasını diləyib.
Türkiyənin “MAARİF” Okullarının Gürcüstan nümayəndəliyinin baş direktoru Faruk Tekşen, Marneuli Bələdiyyə Məclisinin üzvü Anar Piriyev, Azərbaycanın əməkdar jurnalisti Nizami Məmmədzadə, Dmanisi Tədris və Təhsil Mərkəzinin rəhbəri Kamran Xıdırov, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin rəhbəri Rezo Həsənov, Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin rəhbəri Raul Əliyev, Azərbaycan dili və Ədəbiyyat müəllimələri Növrəstə Məhərrəmqızı, Sevda Şahverdiyeva, Esmira Ələkbərli, Fatma Əliyeva çıxış ediblər. Tədbrin sonunda Faxralı kənd orta məktəbinin şagirdləri 20 Yanvar və 9 Aprel faciələrinə həsr olunmuş şerlər səsləndiriblər.
Tədbirin ikinci hissəsində Şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.