Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Daha sonra müdafiə nazirləri digər rəsmilərlə birgə sərgini ziyarət edib və qardaş ölkənin hərbi aviasiya vasitələrinin uçuşlarını izləyiblər.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək iştirakçıları salamlayıb.
Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.