Nazir: Gələn il Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü Gürcüstanda keçiriləcək

post-img

“Bizim region çox çətin gərginlik vəziyyətindədir. Ona görə də üçtərəfli görüş çox əhəmiyyətlidir. 2024-cü ildə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli formatda görüşü Gürcüstanda keçiriləcək”.

Bunu Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Bakıda Azərbaycan-Türkiyə- Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununa həsr olunmuş mətbuat konfransında söyləyib.

“Biz bugünkü görüşdə qarşıda duran məsələləri müzakirə etdik”, - deyə nazir əlavə edib.

Ordu