Beynəlxalq əmtəə bazarlarının yeni göstəriciləri AÇIQLANDI

post-img

Beynəlxalq əmtəə bazarında qarışıq kurs müşahidə olunur.

Ötən həftə əmtəə bazarında qarışıq kurs müşahidə edilib.

ABŞ-da inflyasiya zəifləməkdə davam edib və ABŞ Federal Ehtiyat Sisteminin (FED) iqtisadiyyatda yumşaq eniş təmin edəcəyi gözləntiləri aktiv qiymətlərə təsirini göstərib.

XQ xarici mediaya istinadən xəbər verir ki, ötən həftə qızıl 1,3 faiz, gümüş 2,5 faiz, palladium 1,6 faiz və platin 3,7 faiz bahalaşıb.

Mis 1,5 faiz dəyər qazandığı halda, qurğuşun 3,3 faiz, nikel 4,8 faiz, sink isə 1 faiz dəyər itirib.

ABŞ-ın İstehsal Sənayesi Satınalma Menecerləri İndeksi (PMI) noyabrda aylıq 0,6 bənd azalaraq 49,4-ə düşüb və bazar gözləntilərindən aşağı olub. Bu dövrdə 3 ayın ən aşağı səviyyəsinə enən indeks istehsal sektorunda azalma ilə müşahidə olunub.

Enerji qrupunda da qarışıq tendensiya müşahidə olunub. "Brent" nefti həftəni yüzdə 0,6 faiz artımla, Nyu-York Əmtəə Birjasında ticarət edilən təbii qaz isə 3,5 faiz azalma ilə bağlayıb.

Amerika Neft İnstitutunun ölkədə xam neft ehtiyatlarının 9 milyon 47 min barrel artaraq 1 milyon 467 min barrel gözləntilərin çox üstünə çıxdığını açıqlaması tələbin azalacağı ilə bağlı proqnozları dəstəkləyib.

Ötən həftədən etibarən kənd təsərrüfatı qrupunda da qarışıq tendensiya hökm sürür.

Çikaqo Ticarət Birjasında buğda 0,5 faiz, düyü 0,9 faiz dəyər qazandığı halda, qarğıdalı 0,6 faiz dəyər itirib.

ABŞ-da fəaliyyət göstərən əmtəə birjası olan Qitələrarası Birjada pambıq ticarəti 0,8 faiz, şəkər 0,7 faiz, kakao 0,5 faiz, qəhvə 0,9 faiz artıb.

Ayşən Azadova
XQ

Dünya