Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb

post-img

Sentyabrın 16-da Laçın rayonu ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) məxsus avtobus qəzaya uğrayıb.

Bu barədə ANAMA-nın mətbuat xidmətindən  məlumat verilib.

Avtobusda olan agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər.

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.

Ordu