Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Brüsseldə NATO yanında Nümayəndəliyi Alyansın qərargahında rəsmi qəbul və fotosərgi təşkil edib.
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin nümayəndələrinin APA-ya verdiyi məlumata görə, tədbirdə NATO baş katibinin köməkçisi, NATO-ya üzv və alyansdakı tərəfdaş ölkələrin səfirləri, hərbi nümayəndələr, diplomatik korpusun nümayəndələri, beynəlxalq qərargahın üzvləri iştirak ediblər.
"Xalq qəzeti"