Azərbaycan komandasının Avropa çempionatında iştirakı çətin görünsə də, Türkiyə yığmasının 2024-cü ildə çempionatın final mərhələsinin keçiriləcəyi Almaniyaya gedəcəyinə inanıram.
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bunu FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının hesabat-seçki konfransında deyib.
Funksioner Türkiyə millisini Avro-2024-ün seçmə mərhələsində Latviya və Uels üzərində qazandıqları qələbə münasibətilə təbrik edib.
E.Məmmədov UEFA Çempionlar Liqasının İstanbulda İngiltərənin “Mançester Siti”si ilə İtaliyanın “İnter” komandaları arasında keçiriləcək final oyunundan da danışıb: “Türkiyə finalı mükəmməl və peşəkar şəkildə keçirməyə qadir olduğunu göstərdi".
Çempionlar Liqasının finalında "Mançester Siti" rəqibini 1:0 hesabı ilə məğlub edib.
"Xalq qəzeti"