№ 267 Bakı şəhəri, 16 sentyabr 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 159-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 655 (Cild I); 2024, № 4, maddə 441) ilə təsdiq edilmiş “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nın 2.3-cü bəndindən “obyektləri barədə ekoloji ekspertiza” sözləri çıxarılsın.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri