Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 266 Bakı şəhəri, 16 sentyabr 2025-ci il

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun adının dəyişdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli 253 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 460, № 5 (II kitab), maddə 628, № 7, maddə 927) ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə” bölməsinin 7-ci hissəsinə “Heyvandarlıq” sözündən sonra “və Balıqçılıq” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2531 (Cild I); 2024, № 5 (II kitab), maddə 602; 2025, № 6, maddələr 597, 602) ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 4.6-cı bəndinə “Heyvandarlıq” sözündən sonra “və Balıqçılıq” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2745 (Cild I); 2025, № 2, maddə 195) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 1.5-ci bəndinə “Heyvandarlıq” sözündən sonra “və Balıqçılıq” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları