Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 265 Bakı şəhəri, 16 sentyabr 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 avqust tarixli 286 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 avqust tarixli 286 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 975 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 29 iyul tarixli 226 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 3.1.5-ci yarımbəndində “və yataq dəstləri ilə təmin etmək” sözləri “və yumşaq inventarlarla təmin olunmasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalara uyğun həyata keçirmək;” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları