Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 172 Bakı şəhəri, 3 iyun 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 782 (Cild I); 2024, № 3, maddə 296; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 140 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:

“3.7. Dərman vasitələrinin idxalını həyata keçirən hüquqi şəxs ölkə daxilində dərman vasitəsinin aptek təşkilatlarına topdansatışını digər topdansatış əczaçılıq müəssisəsi vasitəsilə həyata keçirdiyi təqdirdə, bu Qaydanın 3.4-cü bəndi ilə müəyyən olunan “Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə”nin 40 faizinədək hissəsini dərman vasitəsinin aptek təşkilatına birbaşa topdansatışını həyata keçirən həmin topdansatış əczaçılıq müəssisəsinə ödəyir.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları