Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 430 Bakı şəhəri, 20 sentyabr 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə ve­rilməsi hallarının Siyahısı”nda dəyişik­lik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 950 (Cild I); 2024, № 3, maddə 306) ilə təsdiq edilmiş “Yerin təkinin (qiy­mətli və əlvan (o cümlədən nəcib) metal­lar, qiymətli daş yataqları və təzahürləri is­tisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nın Qeyd hissəsində “2025-ci” sözləri “2027-ci” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları