Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 279 Bakı şəhəri 24 may 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli 10 nöm­rəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli 10 nömrəli Qə­rarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 80 (Cild I) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 

1.2-ci bəndin ikinci abzasının ikinci cümləsində “quru yollar” sözləri “avtomobil yolları” sözləri ilə, “(DOPOQ)” akronimi “(ADR) (bundan sonra – Avropa Sazişi)” sözləri ilə əvəz edilsin və həmin abzasın qeyd hissəsinin birinci cümləsindən “(DOPOQ) barədə” sözləri çıxarılsın.

2. 1.4-cü bəndin birinci abzasında “Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında” Avropa Sazişinin (DOPOQ) müddəaları”, eləcə də” sözləri “Avropa Sazişinin müd­dəaları, eləcə də” sözləri ilə əvəz edilsin.

3. Həmin Qaydalara 5 nömrəli əlavə - “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə” aşağıdakı redaksiyada verilsin:

NƏQLİYYAT VASİTƏSİNİN TƏHLÜKƏLİ YÜKLƏRİN DAŞINMASINA BURAXILMASI HAQQINDA ŞƏHADƏTNAMƏ

CERTIFICATE OF APPROVAL FOR VEHICLES CARRYING 

CERTAIN DANGEROUS GOODS

Bu Şəhadətnamə təsdiq edir ki, aşağıda qeyd olunmuş nəqliyyat vasitəsi “Təhlükəli yüklərin avtomobil yolları ilə beynəlxalq daşımaları haqqında” Avropa Sazişində (ADR) qeyd olun­muş şərtlərə cavab verir. 

This certificate testifies that the vehicle specified below fulfils the conditions prescribed by the European Agreement concerning the International Carriage of Dangerous Goods by Road (ADR).
 

1.                   Şəhadətnamənin

 

№-si / Certificate No.:
 

1.                   Nəqliyyat vasitəsinin isteh­salçısı / 

 

Vehicle manu­facturer:
 

1.                   Nəqliyyat vasitəsi­nin şassi və ban №-si / Vehicle Identification №.:

 
 

1.                   Dövlət qeydiyyat nişanı (əgər vardırsa) / Registration num­ber (if any):

 
 

1.                   Daşıyıcının, operatorun və ya mülkiyyətçinin adı və onun ünvanı /

 

Name and business address of carrier, operator or owner:
 

1.                   Nəqliyyat vasitəsinin təsviri1 / Description of vehicle1:

 
 

1.                   ADR-in 9.1.1.2-ci yarımbəndinə əsasən nəqliyyat vasitəsinin təyinatı (təyinatları) 2 /Vehicle designation(s) according to 9.1.1.2 of ADR 2:

 

EX/II EX/III FL AT MEMU
8. Aşınmaya davamlı tormoz sistemi3 / Endurance braking system:3

TYtbiq olunmur / Not applicable 

NYqliyyat vasitYsinin ümumi kütləsi üçün kifayət edən, ADR-in 9.2.3.1.2-ci yarımbəndinə uyğun effektivlik______t4 / The effectiveness according to 9.2.3.1.2 of ADR is sufficient for a total mass of the transport unit of______ t4
9. Quraşdırılmış sisternin (sisternlərin) /nəqliyyat vasitəsi-batareyanın (əgər vardırsa) təsviri / Description of the fixed tank(s)/battery-vehicle (if any):

9.1. Çənin istehsalçısı / Manufacturer of the tank:

9.2. Çənin/nəqliyyat vasitəsi-batareyanın təsdiqetmə nömrəsi / Approval number of the tank/battery-vehicle:

9.3. Çənin istehsalçısı tərəfindən verilmiş seriya nömrəsi/ nəqliyyat vasitəsi-batareyanın elementlərinin təyinatı / Tank manufacturer’s serial number/ Identification of elements of battery-vehicle:

9.4. İstehsal ili / Year of manufacture:

9.5. ADR-in 4.3.3.1-ci və ya 4.3.4.1-ci yarımbəndlərinə uyğun olaraq sisternin kodu / Tank code according to 4.3.3.1 or 4.3.4.1 of ADR:

9.6. ADR-in 6.8.4-cü yarımbəninə uyğun olaraq TC və TE üzrə xüsusi müddəalar (tətbiq olunursa)6 / Special provisions TC and TE according to 6.8.4 of ADR (if applicable)6: 
10. Daşınmasına icazə verilən təhlükəli yüklər / Dangerous goods authorised for car­riage:

Nəqliyyat vasitəsi 7-ci qrafada qeyd edilmiş təyinatına (təyinatlarına) aid edilmiş təhlükəli yüklərin daşınması üçün şərtlərə cavab verir / The vehicle fulfils the conditions required for the carriage of dangerous goods assigned to the vehicle designation(s) in No.7.

10.1. Nəqliyyat vasitəsi EX/II və ya EX/III təyinatı olduqda3 / In the case of an EX/II 

or EX/III vehicle3 

q1-ci sinif yüklər, uyğunluq qrupu J daxil olmaqla / goods of Class 1 

including 

compatibility group J 

q1-ci sinif yüklYr, uyunluq qrupu J istisna olmaqla / goods of Class 1 

excluding compatibility group J 

10.2. Avtosisternlər/nəqliyyat vasitəsi-batareyalar olduqda3 / In the case of a tank-vehicle/battery-vehicle3 

q yaln1z 9-cu qrafada qeyd edilən istənilən xüsusi müddəalara və 

sisternin koduna uyğun olaraq icazə verilmiş maddələr daşına bilər5 

və ya / 

only the substances permitted under the tank code and any 

special provisions specified in No.9 may be carried5 

or 

qyaln1z a_a1dak1 maddYlYr (yükün sinfi, BMT nömrYsi, zərurət olduqda 

qablaşdırmanın qrupu və yükgöndərmə üzrə adlar qeyd olunmaqla) 

daşına bilər / 

only the following substances (Class, UN number, and if necessary 

packing group and proper shipping name) may be carried

Gövdənin, altlığın, avadanlığın materialları ilə və daxili qoruyucu üzlüklə (tətbiq olunursa) təhlükəli reaksiyaya girə bilməyən maddələr / 

Only substances which are not liable to react dangerously with the materials of the shell, gaskets, equipment and protective linings (if applicable) may be carried
11. Qeydlər / Remarks: 
12. Etibarlıdır / Valid until: Şəhadətnaməni verən təşkilatın möhürü / 

Stamp of issuing service 

Yer, tarix, imza / Place, Date, Signature
1. Nəqliyyat vasitələrinin konstruksiyaları haqqında Birgə Qətnamə (R.E.3) və ya Avropa Şurasının 2007/46/EC Direktivi ilə müəyyən edilmiş mexaniki nəqliyyat vasitələrinin və qoşqu­larının N və O kateqoriyalarına əsasən. 

According to the definitions for power-driven vehicles and for trailers of categories N and O as defined in the Consolidated Resolution on the Construction of Vehicles (R.E.3) or in Di­rective 2007/46/EC.

2. Lazım olmayanın üstündən xətt çəkməli. Strike out what is not appropriate.

3. Lazım olanı işarələməli. Mark the appropriate.

4. Müvafiq kəmiyyəti göstərməli. 44 t-na bərabər kəmiyyət qeydiyyat sənədində göstərilən “qeydiyyat / istismar üçün icazə verilən maksimum kütləni” məhdudlaşdırmır.

Enter appropriate value. A value of 44 t will not limit the “registration / in-service maximum permissible mass” indicated in the registration document(s). 

Xüsusi müddəalar (əgər nəzərdə tutulmuşdursa) daxil olmaqla 4.3.3.1.2-ci və ya 4.3.4.1.2-ci yarımbəndlərində nəzərə alınmış ardıcıllığa uyğun olaraq 9-cu qrafada qeyd olunmuş sistern koduna və ya sisternlərin digər kodlarına aid edilən maddələr.

Substances assigned to the tank code specified in No.9 or to another tank code permitted under the hierarchy in 4.3.3.1.2 or 4.3.4.1.2. taking account of the special provision(s), if any. 

Daşınmasına icazə verilən maddələr 10.2-ci qrafada qeyd edildikdə tələb olunmur.

Not required when the authorized substances are listed in No. 10.2.

13. Qüvvədəolma müddətinin uzadılması / Extensions of validity
Qüvvədəolma müddəti ____qədər uzadılmışdır / Validity extended until_____
Şəhadətnaməni verən təşkilatın möhürü, yer, tarix, imza / Stamp of issuing service, place, date, signature:
Qüvvədəolma müddəti ____qədər uzadılmışdır / Validity extended until______
Şəhadətnaməni verən təşkilatın möhürü, yer, tarix, imza / Stamp of issuing service, place, date, signature:
Qeydlər: 

1. Şəhadətnamənin ölçüləri 210 mm×297 mm olmalıdır.

2. Şəhadətnamə çəhrayı diaqonal zolaqlı ağ rəngdə olmalıdır.

3. Tullantılar üçün vakuum sisterninə malik nəqliyyat vasitəsinin daşınmaya buraxılması haqqında şəhadətnamədə “tullantılar üçün vakuum sisternli nəqliyyat vasitəsi” (həmçinin ingilis dilində “vacum-operated waste tank-vehicle”) qeydi olmalıdır.

4. Aşağıdakı hallarda Şəhadətnamə onu verən təşkilata qaytarılmalıdır:

4.1. nəqliyyat vasitəsinin istismarı başa çatdıqdan sonra;

4.2. nəqliyyat vasitəsi 5-ci qrafada qeyd olunan digər daşıyıcıya, operatora və ya mülki­yyətçiyə verildikdə;

4.3. şəhadətnamənin qüvvədəolma müddəti bitdikdən sonra;

4.4. nəqliyyat vasitəsinin əsas xüsusiyyətlərindən biri və ya bir neçəsi əhəmiyyətli dərəcədə dəyişdikdə.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları