Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 198  Bakı şəhəri, 4 aprel 2024-cü il

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 373 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 8 yanvar tarixli 2 nömrəli Qərarı) 2-ci hissəsində “aprelin 2-dək” sözləri “iyulun 1-dək” sözləri ilə əvəz edilsin.

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları