Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 187 Bakı şəhəri, 2 aprel 2024-cü il

“Azərbaycan Respublikası Preziden­tinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə min­məsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respub­likası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 153 nömrəli, “Bələdiyyələrin Dövlət reyestrinin aparıl­ması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanu­nunun icrasının təmin edilməsi haqqın­da” 2010-cu il 24 may tarixli 271 nömrəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüv­vəyə minməsi və bununla bağlı hüquqi tən­zimləmə haqqında” Azərbaycan Respubli­kasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli, “Tikin­ti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 348 nömrə­li, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli 818 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Res­publikasının Qanununda dəyişikliklər edil­məsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 641-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 24 may tarixli 1419 nömrəli fərmanların­da dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2401 nömrəli Fərmanının ic­rası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında də­yişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mənzil Məcəllə­sinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanu­nunun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 153 nömrəli, “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəha­dətnamənin verilməsi haqqında” Əsasnamə­nin təsdiq edilməsi barədə” Azərbaycan Res­publikası Qanununun icrasının təmin edilməsi haqqında” 2010-cu il 24 may tarixli 271 nöm­rəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qü­vvəyə minməsi və bununla bağlı hüquqi tən­zimləmə haqqında” Azərbaycan Respublikası­nın 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sent­yabr tarixli 695 nömrəli, “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təs­diq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 348 nömrəli, “Azərbaycan Respublika­sında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli 818 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbay­can Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 641-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 24 may tarixli 1419 nömrəli fərmanlarında dəyi­şiklik edilməsi barədə” Azərbaycan Respubli­kası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2401 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazir­lər Kabineti qərara alır:

1. “Yaşayış sahəsinin xüsusi təyinatlı mən­zil fonduna aid edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 118 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 562 (Cild I) 1-1-ci hissəsi ləğv edilsin. 

2. “Çoxmənzilli binanın idarəedici təşkila­tının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 128 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunverici­lik Toplusu, 2010, № 7, maddə 694 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2024-cü il 26 fevral tarixli 105 nömrəli Qərarı) 2-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2014-cü il 11 sentyabr tarixli 303 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1127 (Cild I) ilə təsdiq edilmiş “Texniki nə­zarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nın “Qeyd” his­səsi ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2014-cü il 11 sentyabr tarixli 304 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, mad­də 1128 (Cild I) ilə təsdiq edilmiş “Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları”nın “Qeyd” hissəsi ləğv edilsin.

5. “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müra­ciətə sifarişçi tərəfindən əlavə edilən tikin­ti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarının (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2014, № 9, mad­də 1133 (Cild I) 2-ci hissəsi ləğv edilsin. 

6. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2015, № 1, maddə 56 (Cild I) ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyest­rinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin apa­rılması Qaydaları”nın 5-ci hissəsi ləğv edilsin. 

7. “Müfəssəl planların hazırlanması, ra­zılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqan­ların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli Qə­rarının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2015, № 1, maddə 57 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli Qərarı) 2-ci hissəsi ləğv edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2015, № 1, maddə 58 (Cild I) ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılma­sı sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 5-ci his­səsi ləğv edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2015-ci il 3 fevral tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2015, № 2, maddə 217 (Cild I) ilə təsdiq edilmiş “Tikinti materiallarının və məmulatının standartlara uyğunluğunun yox­lanılması Qaydaları”nın “Qeyd” hissəsi ləğv edilsin. 

10. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2015-ci il 23 fevral tarixli 46 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2015, № 2, maddə 235 (Cild I) ilə təsdiq edilmiş “Tikinti obyektlərinin mü­həndis-kommunikasiya təminatı Qaydaları”­nın “Qeyd” hissəsi ləğv edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2016-cı il 5 iyul tarixli 264 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2016, № 7, maddə 1344 (Cild I) ilə təsdiq edilmiş “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ın “Qeyd” hissəsi ləğv edilsin. 

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 531 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, mad­də 2246 (Cild I) ilə təsdiq edilmiş “Təhlükə potensiallı və dövlət əhəmiyyətli tikinti ob­yektlərinin Siyahısı”nın “Qeyd” hissəsi ləğv edilsin.

13. “Torpaqların kateqoriyalara aid edil­məsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarının (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2017, № 1, mad­də 124 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2017-ci il 10 fevral tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2017, № 2, maddə 303 (Cild I) ilə təsdiq edilmiş “Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikin­tisinə icazə ilə bağlı əlavə tələblər”in “Qeyd” hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları