Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 188 Bakı şəhəri, 2 aprel 2024-cü il

“Azərbaycan Respublikası Prezi­dentinin “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbay­can Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 10 aprel tarix­li 500 nömrəli, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi­nin tabeliyində “Mülki Aviasiyada Uçuşla­rın Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında” 2017-ci il 2 fevral ta­rixli 1223 nömrəli, “Azərbaycan Respub­likasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Azərbay­can Dövlət Tərcümə Mərkəzinin fəaliyyə­tinin təmin edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 1847 nömrəli, “Ətraf mü­hitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublika­sının 2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 iyul tarixli 163 nömrəli, “Azər­baycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbay­can Diasporuna Dəstək Fondunun yaradıl­ması haqqında” 2018-ci il 6 iyul tarixli 170 nömrəli və “Ətraf mühitə təsirin qiymətlən­dirilməsi haqqında” Azərbaycan Respubli­kasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 13 iyul tarixli 193 nömrəli fərmanların­da dəyişiklik edilməsi haqqında” Azərbay­can Respublikası Prezidentinin 2023-cü il 15 dekabr tarixli 2396 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında də­yişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nöm­rəli Qanununun tətbiqi haqqında” 2015-ci il 10 aprel tarixli 500 nömrəli, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliy­yat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfət­tişliyi” publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında” 2017-ci il 2 fevral tarixli 1223 nömrəli, “Azərbaycan Respubli­kasında rəqəmsal inkişaf və nəqliyyat sahə­sində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Azərbaycan Dövlət Tər­cümə Mərkəzinin fəaliyyətinin təmin edilmə­si haqqında” 2018-ci il 28 fevral tarixli 1847 nömrəli, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda də­yişikliklər edilməsi barədə” Azərbaycan Res­publikasının 2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 iyul tarixli 163 nömrəli, “Azər­baycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında” 2018-ci il 6 iyul tarixli 170 nömrə­li və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanu­nunun tətbiqi barədə” 2018-ci il 13 iyul tarixli 193 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Preziden­tinin 2023-cü il 15 dekabr tarixli 2396 nömrəli Fərmanının 8-ci hissəsinin icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 oktyabr tarixli 324 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1238 (Cild I) ilə təsdiq edilmiş “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənəd­lərin qəbulu, müsabiqənin keçirilməsi və nəti­cələrinin qiymətləndirilməsi Qaydası”nın 6-cı hissəsi ləğv edilsin.

2. “Azərbaycan Respublikası Dövlət Mül­ki Aviasiya Administrasi-yasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəx­sin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 avqust tarixli 313 nömrəli Qərarı (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1603 (Cild I) ilə təsdiq edil­miş 1 nömrəli əlavə - “Azərbaycan Respubli­kası Dövlət Mülki Aviasiya Administrasiyası­nın tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” pub­lik hüquqi şəxsin Nizamnaməsi”nin və 2 nöm­rəli əlavə - “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyin­də “Mülki Aviasiyada Uçuşların Təhlükəsiz­liyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin Strukturu”nun “Qeyd” hissələri ləğv edilsin. 

3. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2018-ci il 3 may tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2018, № 5, maddə 1111 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Döv­lət Tərcümə Mərkəzinin Nizamnaməsi”nin “Qeyd” hissəsi ləğv edilsin. 

4. “Azərbaycan Dövlət Tərcümə Mərkə­zinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2018-ci il 14 iyun tarixli 266 nömrəli Qərarının (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1365 (Cild I) 3-cü hissəsi ləğv edilsin. 

5. “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu­na daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərar­larının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 iyul tarixli 292 nömrəli Qərarının (Azər­baycan Respublikasının Qanunvericilik Top­lusu, 2018, № 7, maddə 1626 (Cild I) 3-cü hissəsi ləğv edilsin.

6. “Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbay­can Diasporuna Dəstək Fondunun strukturu, işçilərinin say həddi və əməkhaqqı fondunun təsdiq edilməsi barədə” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 29 nömrəli Qərarının (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 173 (Cild I) 4-cü hissəsi ləğv edil­sin. 

7. “Ətraf mühitə təsirin qiymətləndirilmə­si və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 oktyabr tarix­li 425 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2019, № 10, maddə 1672 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 77 nömrəli Qərarı) 2-ci hissəsi ləğv edilsin.

8. “Ətraf mühitə təsirin qiymətləndirilmə­si üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiy­mətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qay­dası”nın təsdiq edilməsi haqqında” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 457 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1877 (Cild I) 2-ci hissəsi ləğv edilsin. 

9. “Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsas­namə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 fevral tarixli 31 nömrəli Qərarının (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 182 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

10. “Dövlət və ictimai ekoloji eksperti­zanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 may tarixli 184 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 655 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

11. “Strateji ekoloji qiymətləndirmə­nin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 354 nömrəli Qərarının (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2022, № 9, mad­də 1088 (Cild I) 2-ci hissəsi ləğv edilsin. 

12. “Ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin apa­rılması Qaydası və müddəti”nin təsdiq edilmə­si haqqında” Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2022-ci il 21 sentyabr tarixli 362 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1096 (Cild I) 2-ci hissəsi ləğv edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları