Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 191 Bakı şəhəri, 2 aprel 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbay­can Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilməsi haqqında

“Qida zənciri obyektlərinin və qida zən­ciri subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların isteh­salını və emalını həyata keçirən obyektlərin qeydiyyatı, qida zənciri obyektlərinin təsdiqi, xarici ölkələrin təsdiq sisteminin ekvivalent­liyinin tanınması və Qida Təhlükəsizliyi Re­yestrinin aparılması Qaydası”nın və “Qida təh­lükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndiril­məklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 2442 nömrəli Fərmanının ic­rası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2014, № 4, maddə 440 (Cild I); 2024, № 1, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”n­da aşağıdakı dəyişikliklər edilsin:

1. 19.2-ci bənddən “və ya təsdiq edildik­də” sözləri çıxarılsın və həmin bəndə aşağıda­kı məzmunda ikinci cümlə əlavə edilsin:

“Yarmarkalar, sərgilər və xeyriyyə tədbir­ləri çərçivəsində təşkil edilən satış obyektləri­nin, ilkin istehsal sahəsində, pərakəndə satış bazarları daxilində və səyyar satışlar vasitəsilə qida məhsullarını satan ailə kəndli təsərrüfat­larının qeydiyyatı tələb olunmur.”.

2. 19.5-ci bənddən “və ya təsdiq olunma­sına” sözləri çıxarılsın.

3. 20-1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“20-1.5. Yarmarkalarda qida məhsulları­nın satışını həyata keçirən obyektlərin qeydiy­yatı tələb edilmir. Satışa çıxarılan qida məh­sullarının istehsalçısı (emalçısı) isə ailə-kəndli təsərrüfatları istisna olmaqla, texniki norma­tiv hüquqi aktların tələblərinə cavab verən qida subyektinin qeydiyyata alınmasına və qida obyektinin qeydiyyata alınmasına və ya təsdiq edilməsinə dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışa malik olmalıdır və bu tələblərə cavab verməyən istehsalçının (emal­çının) məhsulları yarmarkalarda satışa çıxarıla bilməz.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları