№ 192 Bakı şəhəri, 2 aprel 2024-cü il
“Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması”nın və “Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 avqust tarixli 366 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması”nın və “Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 avqust tarixli 366 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1471 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3-cü hissə üzrə:
birinci abzasda “müəssisələrinə” sözü “hüquqi şəxslərə” sözləri ilə əvəz edilsin;
3.1-ci bənddə “kağız və elektron daşıyıcılarda” sözləri “mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestri (bundan sonra - Reyestr) vasitəsilə” sözləri ilə əvəz edilsin;
3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.2. Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabatı Reyestr vasitəsilə bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş formaya uyğun olaraq layihə bitdikdən sonra 20 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərsinlər və sonrakı 30 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, elektron daşıyıcıda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.”.
4-cü hissədə “müəssisələr” sözü “hüquqi şəxslər” sözləri ilə əvəz edilsin.
5-ci hissə aşağıdakı redaksiyada verilsin:
“5. Reyestrin aparılması qaydası təsdiq edilənədək bu Qərarın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilmiş hesabatlar müvafiq qaydada kağız və elektron daşıyıcılarda təqdim edilsin.”.
Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması” üzrə:
3-cü, 4-cü, 13-cü (birinci halda) və 14-cü hissələrdən “təşkilatı” sözü çıxarılsın;
6-cı, 7-ci, 13-cü və 14-cü hissələrdə “orqan” sözü “mərkəzi icra hakimiyyəti orqanı və dövlətə məxsus hüquqi şəxs” sözləri ilə əvəz edilsin;
13-cü hissədən “(bundan sonra - podratçı, məsləhətçi, qeyri-hökumət təşkilatı və s.)” sözləri çıxarılsın;
25-ci hissə ləğv edilsin;
28-ci və 29-cu hissələr aşağıdakı redaksiyada verilsin:
28.
Layihə çərçivəsində nəzərdə tutulan və yerinə yetirilən işlər arasında fərq və həmin fərqin aradan qaldırılması ilə bağlı görülən tədbirlər
29.
Benefisiarın dövlət xəzinədarlığının icazəsi ilə istifadə etdiyi bank hesabı
“Əlavə qeydlər” hissəsində “dövlət orqanında” sözləri “mərkəzi icra hakimiyyəti orqanı və dövlətə məxsus hüquqi şəxsdə” sözləri ilə əvəz edilsin.
5. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması” üzrə:
3-cü, 4-cü, 13-cü (birinci halda) və 14-cü hissələrdən “təşkilatı” sözü çıxarılsın;
6-cı, 7-ci, 13-cü və 14-cü hissələrdə “orqan” sözü “mərkəzi icra hakimiyyəti orqanı və dövlətə məxsus hüquqi şəxs” sözləri ilə əvəz edilsin;
13-cü hissədən “(bundan sonra - podratçı, məsləhətçi, qeyri-hökumət təşkilatı və s.)” sözləri çıxarılsın;
25-ci və 26-cı hissələr aşağıdakı redaksiyada verilsin:
25.
Layihə çərçivəsində nəzərdə tutulan və yerinə yetirilən işlər arasında fərq və həmin fərqin aradan qaldırılması ilə bağlı görülən tədbirlər
26.
Benefisiarın dövlət xəzinədarlığının icazəsi ilə istifadə etdiyi bank hesabı
“Əlavə qeydlər” hissəsində “dövlət orqanında” sözləri “mərkəzi icra hakimiyyəti orqanı və dövlətə məxsus hüquqi şəxsdə” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri