Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 186 Bakı şəhəri, 2 aprel 2024-cü il

“Azərbaycan Respublikası Preziden­tinin “Azərbaycan Respublikasında yaşıl­lıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2008-ci il 13 iyun tarixli 2868 nömrəli, “Təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attes­tasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında” 2012-ci il 8 may ta­rixli 2218 nömrəli, “Azərbaycan Respub­likasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli, “Azərbaycan Res­publikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqın­da” 2019-cu il 10 yanvar tarixli 881 nöm­rəli, “Su ehtiyatlarından səmərəli istifadə­nin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli 2178 nömrəli və “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliy­yətinin təşkili ilə bağlı tədbirlər haqqında” 2021-ci il 20 oktyabr tarixli 2971 nömrə­li sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezi­dentinin 2023-cü il 16 dekabr tarixli 4218 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabi­netinin bəzi qərarlarında dəyişiklik edil­məsi haqqında

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respub-likasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmil­ləş-dirilməsi tədbirləri haqqında” 2008-ci il 13 iyun tarixli 2868 nömrəli, “Təhsil müəs­sisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparıl­ması qaydaları ilə bağlı tədbirlər haqqında” 2012-ci il 8 may tarixli 2218 nömrəli, “Azər­baycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli, “Azərbaycan Respub-likasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” 2019-cu il 10 yanvar tarixli 881 nömrəli, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli 2178 nömrəli və “Azərbaycan Respublikasının Bəsitçay Döv­lət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” 2021-ci il 20 oktyabr tarixli 2971 nömrəli sərəncamların­da dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 de­kabr tarixli 4218 nömrəli Sərəncamının 7-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

1. “Azərbaycan yaşıllaşdırma və land­şaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2009-cu il 6 may tarixli 77 nömrəli Qəra­rının (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2009, № 5, maddə 385 (Cild I); 2024, № 1, maddə 105) 1-1-ci hissəsi ləğv edilsin. 

2. “Ümumi təhsil pilləsində təhsilalanla­rın yekun attestasi-yasının aparılması Qay­daları”nın təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli Qə­rarının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2016, № 12, maddə 2217 (Cild I) 3-cü hissəsi ləğv edilsin. 

3. “Ölkədə mövcud olan qabaqcıl texno­loji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunma­sı və aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 340 nömrəli Qərarının (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1447 (Cild I) 2-ci hissəsi ləğv edilsin. 

4. “Turizm Reyestrinin aparılma Qayda­sı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 yanvar tarixli 16 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 73 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

5. “Azərbaycan Respublikasında su­dan ödənişli istifadə Qaydaları”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Na­zirlər Kabinetinin “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” 1992-ci il 3 mart tarixli 122 nömrəli, “Azərbaycan Respublikasın­da sudan pullu istifadə qaydaları haqqında Əsasnamənin və sudan istifadə tariflərinin təsdiq edilməsi barədə” 2002-ci il 17 iyun tarixli 97 nömrəli, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2013-cü il 4 oktyabr tarixli 288 nömrəli qərarlarında dəyi­şiklik edilməsi və “Azərbaycan Respublika­sında sudan pullu istifadə qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2006-cı il 18 mart tarixli 84 nömrəli Qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarix­li 95 nömrəli Qərarının (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 272 (Cild I) 10-cu hissəsi ləğv edilsin.

6. “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsinin və sanitariya-mühafizə zonasının təsdiq edilmə­si barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 29 noyabr tarixli 424 nömrəli Qərarının (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1360 (Cild I) 3-cü hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları