Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 185 Bakı şəhəri, 1 aprel 2024-cü il

“İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfin­dən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqın­da işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası­nın İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublika­sının 2023-cü il 22 dekabr tarixli 1065-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Na­zirlər Kabineti qərara alır:

“İnzibati xəta haqqında protokolun, sə­lahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxa­rılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərarda­dın formalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2016-cı il 18 noyabr tarixli 466 nöm­rəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1954 (Cild I); Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2024-cü il 5 mart tarixli 116 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-1-ci və 3-1-ci hissələrə “sosial müa­vinətlər” sözlərindən sonra “, işsizlikdən” sözü əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş 2-1 nömrəli əlavə - “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sı­ğorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar tərtib edilən inzibati xəta haqqın­da Elektron Protokol”un adına “sosial müa­vinətlər” sözlərindən sonra “, işsizlikdən” sözü əlavə edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş 3-1 nömrəli əlavə - “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sı­ğorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında Elektron Qərar”ın adına “sosial müavinətlər” sözlərindən sonra “, işsizlik­dən” sözü əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları