Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 189 Bakı şəhəri, 2 aprel 2024-cü il

Azərbaycan Milli Konservatoriyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında

“Təhsil haqqında” Azərbaycan Respub­likası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Azərbaycan Milli Konservatoriyası Azərbaycan Respublikası Elm və Təhsil Na­zirliyinin tabeliyində publik hüquqi şəxs sta­tusuna malik olan Azərbaycan Milli Konser­vatoriyasına çevrilmə yolu ilə yenidən təşkil edilsin. 

2. “Azərbaycan Milli Konservatoriyası­nın Nizamnaməsi” təsdiq edilsin (əlavə olu­nur).

3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Azərbaycan Milli Konservatoriyasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqın­da” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin et­sin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları