Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 190 Bakı şəhəri, 2 aprel 2024-cü il

“Azərbaycan Respublikasının aero­portlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayən­də heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respub­likasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının aeroport­larında (hava limanlarında) xüsusilə mü­hüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən is­tifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublika­sının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifa­də Qaydaları”nın təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Res­publikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “İn­zibati və yardımçı vəzifələrin Təsnifat Toplu­sunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli, “Azərbaycan Res­publikasının Təhlükəsizlik Şurası katibinin xidməti haqqında Əsasnamə”nin təsdiq edil­məsi barədə” 2019-cu il 11 sentyabr tarixli 829 nömrəli fərmanlarında və “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələrin və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısının təsdiq edilməsi barədə” 2008-ci il 10 mart tarixli 2715 nömrəli Sərən­camında dəyişiklik edilməsi haqqında” Azər­baycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2437 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1189 (Cild I); 2024, № 1, maddə 112; Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 142 nömrəli Qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbay­can Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azər­baycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın 13-cü hissəsinə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayən­dəsi,” sözlərindən sonra “Azərbaycan Res­publikası Təhlükəsizlik Şurası katibinin müa­vini,” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları