Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 135 Bakı şəhəri, 12 mart 2024-cü il

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respubli­kasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azər­baycan Respublikasının 2017-ci il 25 aprel tarixli 632-VQD nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 30 may tarixli 1437 nömrə­li, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Res­publikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Res­publikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fər­manında dəyişiklik edilməsi haqqında” 2017-ci il 14 iyul tarixli 1531 nömrəli və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mən­bələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” 2021-ci il 12 iyul tarixli 1387 nömrəli fərmanlarında dəyişiklik edilmə­si haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2410 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbay­can Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respub­li-kasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azər­baycan Respublikasının 2017-ci il 25 aprel tarixli 632-VQD nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 30 may tarixli 1437 nömrəli, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edil­məsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respub­likası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2017-ci il 14 iyul tarixli 1531 nömrəli və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may ta­rixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” 2021-ci il 12 iyul tarixli 1387 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2410 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 575 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2522 (Cild I) ilə təsdiq edilmiş “Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin Siyahısı”nın “Qeyd” hissəsi ləğv edilsin.

2. “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qay­daları”nın təsdiq edilməsi və aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin güc həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 nömrəli Qə­rarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1367 (Cild I) 3-cü hissəsi ləğv edilsin.

3. “Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası və forması­nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2023-cü il 28 sentyabr tarixli 347 nömrəli Qərarının (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1368 (Cild I) 4-cü hissəsi ləğv edilsin.

4. “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 348 nömrəli Qə­rarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1369 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli Qərarı) 4-cü hissəsi ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları