Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 25 Bakı şəhəri, 16 yanvar 2024-cü il

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavi­rus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqları­na müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2020-ci il 23 iyul ta­rixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iş­tirak edən tibb işçilərinin sosial müdafiə­sinin gücləndirilməsi haqqında” Azərbay­can Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamı­nın 2.1-ci bəndinə uyğun olaraq, Azər­baycan Respublikasının Nazirlər Kabine­ti qərara alır:

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavi­rus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqları­na müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2020-ci il 23 iyul ta­rixli 262 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 992 (Cild I) 2-ci hissə­sində “yanvarın” sözü “aprelin” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları