№ 18 Bakı şəhəri, 12 yanvar 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-сi il 24 iyun tarixli 1723 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1.3-cü yarımbənddə “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
2. 2.1.4-8-ci yarımbənddə (hər iki halda) “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
3. 2.1.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.10. qida məhsullarının qablaşdırılması - məhsullara əmtəə görünüşü verən, məhsulun tam və ya qismən örtülməsini təmin edən, məhsulun tərkibini açılmamış və tamlığı pozulmamış vəziyyətdə qoruyan vasitə, daşınma məqsədilə istifadə olunan tara;”.
4. Aşağıdakı məzmunda 2.1.11-1-ci yarımbənd əlavə edilsin:
“2.1.11-1. etiketlənmə - qida və yem məhsullarının üzərinə, qablaşdırma materialına, qida və yem məhsulunu müşayiət edən və ya ona aid olan sənədlərə, yaddaş vərəqələrinə (içlik vərəqələri), yapışdırılan vərəqələrə (stikerlərə) vurulan, istehlakçı üçün məhsul və istehsalçı barəsində informasiya verən mətn, nişan (əmtəə və digər), simvol, şərti işarələr və rəsmlər;”.
5. 2.1.13-cü yarımbənddə “məhsulun” sözü “qida məhsullarının” sözləri ilə, “məhsullar” sözü “maddələr” sözü ilə əvəz edilsin və həmin yarımbənddən “və bioloji fəallığa malik qida əlavələri” sözləri çıxarılsın.
6. 2.1.18-ci və 2.1.25-ci yarımbəndlər ləğv edilsin.
7. 2.1.25-1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.25-1. qida zənciri obyektinin və ya subyektinin (qida obyekti və ya subyekti), habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyatı - qeydiyyat üçün tələb olunan məlumatlar təqdim edildiyi halda Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınması;”.
8. Aşağıdakı məzmunda 2.1.25-2-ci yarımbənd əlavə edilsin:
“2.1.25-2. qida zənciri obyektlərinin təsdiqi - siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən heyvan və bitki mənşəli qida məhsullarının və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası ilə məşğul olan qida obyektlərinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiqi;”.
9. 2.1.29-cu və 2.1.31-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“2.1.29. qida məhsulları - insanların qidalanması üçün nəzərdə tutulan emal olunmamış, yarımemal olunmuş və ya tam emal olunmuş məhsullar, o cümlədən qida əlavələri, bioloji aktiv qida məhsulları, qida xammalı, içkilər (alkoqollu və alkoqolsuz), içməli su (qablaşdırılmış), duz və saqqız. Bu anlayışa yem məhsulları, istehlak üçün hazır olmayan diri heyvanlar, toxum, məhsulun yığımına qədər bitkilər, dərman vasitələri, ətriyyat-kosmetik vasitələr, tütün və tütün məhsulları, narkotik və psixotrop maddələr və çirkləndirici maddələr daxil deyildir;
2.1.31. qida təhlükəsizliyi - qida zəncirinin bütün mərhələlərində, habelə qida məhsullarının istehlakı zamanı qida məhsullarının insanların həyat və sağlamlığına zərər vurmasını tam istisna edən vəziyyəti;”.
10. 2.1.34-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.34. qida məhsullarının yararlılıq müddəti - saxlanma şərtlərinə əməl edilməklə, qida məhsullarının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə uyğunluğunun tam saxlanılması müddəti;”.
11. 2.1.30-cu, 2.1.32-ci, 2.1.33-cü və 2.1.35-ci yarımbəndlər ləğv edilsin.
12. 3.3-2-ci bənddə “Etil (yeyinti)” sözləri “Etil (qida)” sözləri ilə, “etil (yeyinti)” sözləri “etil (qida)” sözləri ilə əvəz edilsin.
13. 3.4-cü bəndin üçüncü cümləsində “qida təhlükəsizliyi qeydiyyatına alan orqan və dövlət qeydiyyatı” sözləri “obyektin qida təhlükəsizliyi sahəsində qeydiyyatı və ya təsdiqi” sözləri ilə əvəz edilsin.
14. 3.15-ci bənddə “və vaxtaşırı olaraq” sözləri “ilkin və dövri” sözləri ilə əvəz edilsin və həmin bəndə “keçməlidirlər” sözündən sonra “, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar” sözləri əlavə olunsun.
15. 4.4-cü bənddə “ərzaq malları” sözləri “qida məhsulları” sözləri ilə, “mal və ya məhsulun istehsal edildiyi saat və tarix, ən son istehlak tarixi və saatı, saxlanma şərtləri” sözləri “qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları” sözləri ilə əvəz edilsin.
16. 4.5-ci bəndə (ikinci halda) “saxlanma” sözündən sonra “(qida məhsullarının yararlılıq)” sözləri əlavə edilsin.
17. 4.6-cı bəndə “Saxlanma” sözündən sonra “(qida məhsullarının yararlılıq)” sözləri əlavə edilsin.
18. 4.13-cü bəndin ikinci cümləsinə “tələb olunan” sözlərindən sonra “, habelə qida məhsullarına münasibətdə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə müəyyən olunan” sözləri əlavə edilsin.
19. 4.20-ci bənddə “Qeyri-ərzaq” sözü “Qeyri-qida” sözü ilə əvəz edilsin.
20. 5.1-ci bəndin üçüncü cümləsində “ərzaq mallarının, o cümlədən spirtli və spirtsiz içkilərin” sözləri “qida məhsullarının” sözləri ilə əvəz edilsin.
21. 5.10.4-cü yarımbənddə “tərkibi, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri ilə müqayisəli miqdarı” sözləri “qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsal üsulu” sözləri ilə əvəz edilsin.
22. Aşağıdakı məzmunda 5.10-1-ci bənd əlavə edilsin:
“5.10-1. İctimai iaşə obyektləri qida təhlükəsizliyi sahəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirdikdən və Agentlik tərəfindən qeydiyyata alındıqdan və ya təsdiq edildikdən sonra qida məhsullarını istehlakçılara təqdim edə bilərlər.”.
23. 5.15-ci bənddə “sənədlərdən birini” sözləri “aidiyyəti sənədləri” sözləri ilə əvəz edilsin.
24. 5.15.1-ci yarımbənddən “gigiyenik” sözü çıxarılsın və həmin yarımbənddə “qida məhsulları istehsalçısının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış, qida təhlükəsizliyi sertifikatı” sözləri “qida obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, idxal olunmuş qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara verilən idxal sağlamlıq aktı” sözləri ilə əvəz edilsin.
25. 5.21-ci bəndə “keyfiyyətini” sözündən sonra “və təhlükəsizliyini” sözləri əlavə edilsin.
26. 5.35-ci bənddə “ərzaq mallarının” sözləri “qida məhsullarının” sözləri ilə əvəz edilsin.
27. 5.44-cü bəndə “saxlanma” sözündən sonra “(qida məhsullarının yararlılıq)” sözləri əlavə edilsin.
28. 5.49-cu bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Qanuna müvafiq olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”.
29. 5.50-ci bəndin birinci cümləsində “qeyri-ərzaq malını” sözləri “qeyri-qida məhsulunu” sözləri ilə əvəz edilsin.
30. 5.51-ci bəndin ikinci cümləsində “qeyri-ərzaq malının” sözləri “qeyri-qida məhsulunun” sözləri ilə əvəz edilsin.
31. 5.54-cü bəndin birinci cümləsində “Ərzaq mallarında” sözləri “Qida məhsullarında” sözləri ilə əvəz edilsin.
32. 5.65-ci bəndin birinci cümləsində “ərzaq malı” sözləri “qida məhsulu” sözləri ilə, hər iki halda “malın” sözü “məhsulun” sözü ilə, “malı” sözü “məhsulu” sözü ilə və “malla” sözü “məhsulla” sözü ilə əvəz edilsin.
33. 6-cı hissənin adında “Ərzaq mallarının” sözləri “Qida məhsullarının” sözləri ilə əvəz edilsin.
34. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.1. Qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.”.
35. 6.2-ci bənddə “yeyinti məhsulları (qida)” sözləri “qida məhsulları” sözləri ilə əvəz edilsin və “şəhadətnamə” sözündən sonra “, idxal sağlamlıq aktı” sözləri əlavə edilsin.
36. 6.5-ci bənddə “yeyinti (qida)” sözləri “qida” sözü ilə əvəz edilsin.
37. 6.6-cı bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Qida məhsullarının qablaşdırılmasına dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.”.
38. 6.7-ci bənd ləğv edilsin.
39. 6.8-ci bənddə “ərzaq mallarının” sözləri “qida məhsullarının” sözləri ilə əvəz edilsin.
40. 6.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
“6.9. “Qida məhsullarının qablaşdırılmasında (bükülməsində) istifadə olunan materialların istehsalı və emalını həyata keçirən obyektlər qida təhlükəsizliyi sahəsində qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışa, habelə idxal olunan materiallar idxal sağlamlıq aktına malik olmalıdır.”.
41. 6.10-cu bənddə “yeyinti” sözü “qida” sözü ilə əvəz edilsin.
42. 6.12-ci bənddə “Ərzaq mallarının” sözləri “Qida məhsullarının” sözləri ilə və “qeyri-ərzaq mallarının” sözləri “qeyri-qida məhsullarının” sözləri ilə əvəz edilsin.
43. 6.13-cü bənddə, 6.13.1-6.13.3-cü və 6.13.6-cı yarımbəndlərdə “ərzaq mallarının” sözləri “qida məhsullarının” sözləri ilə əvəz edilsin.
44. 6.13.4-cü və 6.13.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“6.13.4. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq müəyyən edilən təhlükəli qida məhsullarının;
6.13.5. qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərən qida obyektlərinin (subyektlərinin) qida məhsullarının;”.
45. 6.13.7-ci və 6.13.10-cu yarımbəndlər ləğv edilsin.
46. 6.13.8-ci yarımbənddə “yeyinti mallarının” sözləri “qida məhsullarının” sözləri ilə əvəz edilsin.
47. 6.15-ci bənddə “ərzaq malları” sözləri “qida məhsulları” sözləri ilə əvəz edilsin, həmin bəndin mətni birinci cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Qida subyektləri qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinə (HACCP-a) əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.”.
48. 7.2-ci bənddə “maksimum saxlanma” sözləri “yararlılıq” sözü ilə əvəz edilsin.
49. 7.3-cü bənddə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin birinci hissəsi” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri ilə əvəz edilsin.
50. 7.4-cü bəndin ikinci cümləsində “ərzaq mallarının” sözləri “qida məhsullarının” sözləri ilə əvəz edilsin.
51. Aşağıdakı məzmunda 7.5-1-ci bənd əlavə edilsin:
“7.5-1. Məmulatların saxlanması və daşınması zamanı onların təhlükəsizliyi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olmalıdır.”.
52. 7.14-cü bəndin birinci cümləsində “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların göstərilən müddətdə” sözləri “yararlılıq müddətində” sözləri ilə əvəz edilsin.
53. 11.8-ci bənddə “Azərbaycan Respublikasının Qida Təhlükə-sizliyi Agentliyinin (bundan sonra - Agentlik)” sözləri “Agentliyin” sözü ilə və 20-1.14-cü bənddə “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri “Agentlik” sözü ilə əvəz edilsin.
54. Aşağıdakı məzmunda 11.10-cu bənd əlavə edilsin:
“11.10. İlkin istehsalla məşğul olan qida subyektləri istehsal etdikləri məhsulların təhlükəsizliyinin təmin edilməsi üçün baytarlıq preparatlarından, bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun istifadə etməlidirlər.”.
55. 16.1-ci bəndin birinci cümləsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
56. 16.3-cü bəndin ikinci cümləsində “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci” sözləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci” sözləri ilə əvəz edilsin.
57. 16.6.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“16.6.1. qida zənciri obyekti və ya subyekti qida təhülkəsizliyi qeydiyyatına alınmayan və ya təsdiq edilməyən, idxal sağlamlıq aktı olmayan qida məhsulları;”.
58. 16.6.2-ci yarımbənddə “saxlanma” sözü “yararlılıq” sözü ilə əvəz edilsin.
59. 16.7-ci bəndin mətni birinci cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Məmulatların saxlanması və daşınması zamanı onların təhlükəsizliyi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olmalıdır.”.
60. 16.14-cü bəndin ikinci cümləsində “ərzaq mallarının” sözləri “qida məhsullarının” sözləri ilə əvəz edilsin.
61. 18-ci hissənin adında, 18.1-18.3-cü və 18.8-ci bəndlərdə ismin müvafiq hallarında verilmiş “qeyri-ərzaq malları” sözləri ismin müvafiq hallarında “qeyri-qida məhsulları” sözləri ilə əvəz edilsin.
62. 19.2-ci bənddə “məhsullar Agentlik tərəfindən yoxlanıldıqdan sonra” sözləri “məhsullar qida zənciri obyekti və ya subyekti qeydiyyatına alındıqda və ya təsdiq edildikdə, habelə idxal olunan məhsullara münasibətdə idxal sağlamlıq aktına malik olduqda” sözləri ilə əvəz edilsin.
63. 19.5-ci bənddə “malların normativ tələblərin məcburi şərtlərinə uyğunluğunu təsdiq edən sənəd” sözləri “qida obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, idxal olunan məhsullara münasibətdə idxal sağlamlıq aktı” sözləri ilə əvəz edilsin.
64. 20.8-ci bənddə “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.
65. 20-1.2-ci bənddə, 20-1.8-ci bəndin birinci və ikinci cümlələrində, 20-1.14-cü bənddə “ərzaq məhsullarının” sözləri “qida məhsullarının” sözləri ilə əvəz edilsin.
66. 20-1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“20.1-5. Yarmarkalarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, qida obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışı olan subyekt (illik dövriyyəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən ailə-kəndli təsərrüfatları istisna olmaqla) tərəfindən istehsal edilmiş qida məhsulları satışa çıxarıla bilər.”.
67. 20-1.14-cü bəndə “məhsulların” sözündən sonra “təhlükəsizliyinə və” sözləri əlavə edilsin.
68. 22.4.2-ci yarımbənddə “qeyri-ərzaq mallarının” sözləri “qeyri-qida məhsullarının” sözləri ilə əvəz edilsin.
69. 22.4.10-cu yarımbənddə “qida üçün yararsız olan ərzaq” sözləri “istifadəyə yararsız və təhlükəli qida” sözləri ilə əvəz edilsin.
70. 22.5.2-ci yarımbənddə “ərzaq məhsullarının” sözləri “qida məhsullarının” sözləri ilə əvəz edilsin.
71. 23.16-cı bənd aşağıdakı redaksiyada verilsin:
“23.16. İctimai iaşə məhsullarının istehsalı və istehlakının təşkili (xidmət göstərilməsi) ilə məşğul olan qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar. İlkin və dövri tibbi müayinələrdən keçməmiş, habelə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların ictimai iaşə obyektlərinə buraxılması qadağandır. İctimai iaşə xidmətinin təşkili zamanı işçilər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və şəxsi gigiyena qaydalarına əməl etməlidirlər.”.
72. 23.21-ci bəndə “suyun” sözündən sonra “təhlükəsizliyi və” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri