Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 497 Bakı şəhəri, 30 dekabr 2023-cü il

Çərçivə sazişinin, təklif sorğusu­nun və sadə satınalma müqaviləsinin nümunəvi formasının təsdiq edilməsi haqqında

“Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının 2.2.17-ci ya­rımbəndinin icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Çərçivə sazişinin nümunəvi forma­sı” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Təklif sorğusunun nümunəvi for­ması” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Sadə satınalma müqaviləsinin nü­munəvi forması” təsdiq edilsin (3 nömrəli əlavə).

4. Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları